In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

3 May Konstitusiyasının qəbul edilməsinin 230-cu ildönümü

03.05.2021

3 May 1791-ci ildə Böyük adlandırılan Dörd İllik Seym, 3 May Konstitusiyası kimi tanınan Polşa-Litva Birliyinin Hökümət Qanunu qəbul edildikdə, Polşa-Litva Dövləti Avropada ilk, dünyada ikinci ölkə oldu Konstitusiyanı qəbul edən. O dövrdə mütərəqqi və cəsarətli bir hüquqi akt idi, bir sıra islahatlara başlatmışdır. Bu həm də Polşa ilə Litva arasındakı çoxəsrlik əlaqələrin zirvə nöqtəsi idi.

Konstytucja 3 maja

Bu gün, 3 May Konstitusiyasının son Polşa kralı və Litvanın Böyük Hersoqu Stanisław August Poniatowski tərəfindən qəbul edilməsinin 230-cu ildönümünü qeyd etdiyimiz zaman, üçlü hakimiyyət bölgüsünü və Respublika sakinlərinin qismən bərabərliyi ilə mövcud dövlət sisteminin modifikasiyanı tətbiq etdiyini xatırlatmaq gərəkdir.  Bu, həm də 1772-ci ildə Avstriya, Prussiya və Rusiya tərəfindən ölkənin birinci bölümündən sonra müstəqilliyini qorumaq iradəsinin ifadəsi idi.

3 May Konstitusiyası, 1791-ci il 20 Oktyabr tarixində Böyük Seymin qəbul etdiyi İki Dövlətin Qarşılıqlı Zəmanəti ilə birlikdə Polşa və Litva Xalqlarının Birliyinin güclənməsinin təzahürü idi. Bu sənəd Respublika üçün ortaq olan bütün dövlət qurumlarına dair 1:1 bərabərliyi ilə Polyaklar və Litvalılar tərəfindən yerlərin tutulmasına zəmanət verirdi. Qürurla deyə bilərik ki, hər iki xalqın və dövlətin liderləri, bütün fikir ayrılıqlarına baxmayaraq, varlıqları ilə bağlı qəti bir təhdid anında səmərəli şəkildə işləyə bilirdilər. Bu nümunə bu günə qədər Varşava ilə Vilnüs arasında olan əməkdaşlıq və dostluğa ilham verir.

Təəssüf ki, yeni Əsas Qanunun müddəaları əsasında həyata keçirilməli olan iddialı islahat planları 1792-ci ildə rus qoşunlarının hərbi müdaxiləsi ilə pozuldu. Bir hüquqi akt olaraq, 3 May Konstitusiyası 1793-cü il noyabr ayında Rusiya və Prussiyanın diktəsi ilə Qrodnoda çağırılan Seymin qərarı ilə rəsmi olaraq qüvvədən düşdü. Həmin ildə, hər iki ölkə Polşa Respublikasının ikinci bölünməsini həyata keçirdi.

Polşa-Litva Dövlətinin 120 ildən artıq bir müddətdə Avropa xəritəsindən silinməsi, 1795-ci ildə Avstriya, Prussiya və Rusiyanın iştirak etdiyi Üçüncü Bölünüşü tərəfindən möhürlənmişdir. Bu hərəkət, beynəlxalq hüququn bütün qaydalarına zidd olaraq, yalnız 1918-ci ildə Polşa və Litvanın iki suveren dövlət olaraq müstəqilliklərini bərpa etdikləri Birinci Dünya Müharibəsi nəticəsində ləğv edilmişdir.

Polşa müstəqilliyini bərpa etdikdən sonra 3 May Konstitusiyasının qəbul edilməsinin ildönümü 1919-cu ildən bəri dövlət bayramı kimi qeyd olunurdu. Müharibə dövründə, Alman və Sovet işğalı dövründə və Polşadakı kommunist hakimiyyəti dövründə, bu bayram ləğv edildikdə, Polşalıların çoxu yenə də 3 May'ı bayram olaraq qəbul edirdi. Suveren Polşa Respublikasında, 3 May Milli Bayramını 1990-cı ildən bəri yenidən qeyd edirik.

3 May Konstitusiyası və Hər iki Xalqın Qarşılıqlı Zəmanəti Polşa-Litva münasibətlərinin çoxəsrlik irsinin vacib elementlərindən biridir. Onların qəbulu ölkələrimiz arasında Avropa Birliyi və NATO forumunda bugünkü əməkdaşlığın əsaslarından biridir.

Ortaq keçmişə əlavə olaraq, bugünkü Polşa və Litvanı bütün Avropaya xidmət edən saysız-hesabsız ortaq enerji və nəqliyyat layihələri və dünyada, xüsusən də bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səylər birləşdirir.

Polşa-Litva Birliyinin ortaq irsinə toxunaraq, hər iki ölkəmiz qonşularımızı dəstəkləyir: bu gün Rusiya təcavüzünə və işğalına qarşı mübarizəsində suverenliyi və ərazi bütövlüyünün keşiyində dayanan Ukraynaya və azadlıq həmçinin demokratiyaya, müstəqil bir dövlət olmağa layiq olan Belarus xalqına.

Wideo

{"register":{"columns":[]}}