In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.

Səfir

Rafal Poborski

Səfir Rafal Poborski

Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri

Səfir Rafał Poborski (Rafal Poborski) 6 fevral 1976-cı ildə Varşavada anadan olub.

1995-2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində (Swedish National Defence College)  Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il).

Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000-2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir.

Xarici İşlər Nazirliyinin qərargahında Səfir R. Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində. 2006-cı ildə Hərbi Kəşfiyyat Xidmətinə həvalə edildi, oradan 2008-ci ildə diplomatiyaya qayıtdı.

2010-2014-cü illərdə Lyublyanadakı Səfirlikdə çalışmış, orada siyasi müşavir və təşviq məsləhətçisi və vitse-konsul kimi çalışmışdır. Sloveniya Respublikasında diplomatik missiyasını başa vurduqdan sonra Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Siyasəti Departamentinə qayıtdı. 2015-ci ilin sentyabr ayından Şərq Departamentinə qoşuldu, burada 2016-cı ilin fevral ayında Orta Asiya və Cənubi Qafqaz üzrə direktor müavini təyin  edildi.

Polşa Respublikasının Prezidenti Andjey Dudanın 19 iyun 2019-cu il tarixli Qərarı ilə Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edildi. Türkmənistan Onun əlavə akkreditasiya ölkəsidir.

12 dekabr 2019-cu ildə Polşa Prezidenti Andjey Dudanın Sərəncamı ilə Səfir Rafal Poborski Gümüş Xaç Medalı (Srebrny Krzyż Zasługi) ilə təltif edildi.

Səfir Rafal Poborski İngilis, Rus və İspan dillərində danışır.

{"register":{"columns":[]}}