In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

3 May Konstitusiyasının 229-cu ildönümü

03.05.2020

3 may 1791-ci ildə Varşavada Polşa Respublikası Seyminin (sonradan Böyük adlandırılan) qəbul etdiyi Konstitusiya Avropada birinci, dünyada isə ikinci müasir Konstitusiya oldu.

3 May Konstitusiyasının 229-cu ildönümü

Siyasi düşüncədən və Avropa Maarifçiliyi fəlsəfəsindən və 1787-ci ildə qəbul edilmiş Amerika Konstitusiyasından ilham almış Konstitusiya yaradıcıları, gücün yalnız imtiyazlı təbəqələrin maraqlarına deyil, bütün xalqın xeyirinə xidmət edəcəyinə inanırdılar. Konstitusiya dövlətin güclənməsinə yönəlmiş növbəti islahatları başlamalı idi. Qonşuları tərəfindən təhdid edilən Polşanın müdafiəsi üçün görülən tədbirlər bu gün üçün cəmiyyətin elitalarının şüurlu nümayəndələrinin məsuliyyətinin bariz nümunəsidir. 1795-ci ildə Polşanın Avstriya, Prussiya və Rusiya tərəfindən bölünməsi müstəqilliyinin itirilməsinə səbəb oldu. 3 May Konstitusiyasının yaradıcıları İgnacy Potocki və Hugo Kołłątaj (Huqo Kollontay) illər sonra onun "sönən Vətənin son istəyi və vəsiyyəti" kimi qiymətləndirmişdilər.

 

Polşanın bölünmə vaxtlarında 3 May Konstitusiyasının qeyd edilməsi qadağan edilmişdi. Birinci Dünya Müharibəsindən sonra müstəqillik əldə etdikdən sonra 3 May Konstitusiyasının ildönümü 1919-cu ildə milli bayram olaraq qəbul edildi. Alman və Sovet işğalı dövründə 3 May Konstitusiya Günü qadağan edildi. II Dünya Müharibəsindən sonra Varşavadakı kommunist hakimiyyətlər, Polşanın müstəqillik ənənələrinə və milli-katolik xüsusiyyətlərinə istinad edərək 3 May Bayramı qeyd etmələrini ləğv etməyi hədəf aldılar. Əmək Günü bu bayrama qarşı qoyuldu və təbliği ictimailəşdirildi. Uzun illər 3 May Konstitusiyasının ildönümü ilə əlaqədar heç bir dövlət mərasimləri keçirilmədi və bayramı qeyd etmək üçün edilən cəhdlər əsasən həbs və təcavüzlə sona çatırdı. 1990-cı ildə kommunizmin süqutundan sonra və Polşa öz suverenliyini bərpa etdikdən sonra müharibədən əvvəlki ənənəyə qayıtdı və 3 Mayı yenidən Milli Bayram elan etdi.

 

Mətbuat Sözçüsünün Bürosu

Xarici İşlər Nazirliyi

Zdjęcia (1)

{"register":{"columns":[]}}