3 May Konstitusiyasının qəbulunun 231-ci ildönümü və Polşa-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyinin qeyd olunması
26.05.2022
Cari ilin 26 may tarixində Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən Polşa Respublikasının 3 may Konstitusiya gününün 231-ci və Polşa Respublikası ilə Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümü münasibəti ilə ziyafət təşkil edilmişdir.
The Landmark Hotel Baku-da toplanmış çoxsaylı dəvətlilər önündə Polşa Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri cənab Rafal Poborski və Azərbaycan Respublikasının Xarici işlər Nazirinin müavini cənab Xələf Xələfov çıxış etmişdir.
Sonda tədbir iştirakçıları Bakıda ilk dəfə keçirilən Baku Piano Festival-ı çərçivəsində Polşanın caz kollektivi Aga Derlak Trio-nun çıxışını izləyiblər.