In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

“Azadlıq İşığını Yandır” - hərbi vəziyyətin elan olunmasının 40-cı il dönümü.

13.12.2021

“Azadlıq İşığını Yandır” aksiyası hərbi vəziyyət nəticəsində həyatını itirən və ya hər hansı digər şəkildə əziyyət çəkənlərin xatirəsini yad etmək məqsədi daşıyır.

Light of Freedom - December 13, 2021

1981-ci il dekabrın 13-də kommunist rejim Polşada hərbi vəziyyət tətbiq etdi. Əsgərlər küçələrə çıxarıldı, hərəkət azadlığı məhdudlaşdırıldı, telefon əlaqəsi kəsildi. “Həmrəylik” müstəqil həmkarlar ittifaqının minlərlə fəalı həbs olundu, xeyli insan işdən çıxarıldı, yuxarıda qeyd olunan tətbiqlərə qarşı etirazlar vəhşicəsinə yatızdırıldı. Polşa tarixinin faciəvi səhifələrindən biri hərbi vəziyyətin tətbiqi, Həmrəylik hərəkatının keşişi Yejı Popeluşkonun təhlükəsizlik xidməti tərəfindən öldürülməsi və "Vujek" kömür mədəninin şaxtaçılarının etirazının yatızdırılmasıdır.

Hərbi vəziyyət qurbanlarının xatirəsini yad etmək əlaməti olaraq dekabrın 13-də Polyaklar pəncərələrində “Azadlıq İşığı” adı altında şam yandırırlar. “Azadlıq İşığını Yandır” aksiyası hərbi vəziyyət nəticəsində həyatını itirən və ya hər hansı digər şəkildə əziyyət çəkənlərin xatirəsini yad etmək məqsədi daşıyır. Pəncərədə şam yandırmaq aksiyası 1980-ci illərin əvvəllərində Polyakların kommunist rejimin qəddar siyasətinə qarşı olduqlarını və minlərlə tutulmuş və onların ailələri ilə həmrəy olduqlarını bildirir.

Polşa Respublikasının Bakıdakı Səfirliyi “Azadlıq İşığını Yandır” aksiyasına dəstək olaraq bütün Polşa dostlarından bu axşam saat 19:30-da pəncərədə şam yandırmağa çağırır.

{"register":{"columns":[]}}