In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Azərbaycana humanitar yardım

26.06.2020

- Bu gün şəxsi qoruyucu vasitələri Bakıya göndəririk. Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımız üçün həmrəylik yardımı aksiyasının davamıdır - Wroclaw hava limanında PR Xarici İşlər Nazirinin müavini Paweł Jabłoński bildirdi.

Pomoc humanitarna

- Yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min PLN olan tibbi maskalar, dəbilqə və dezinfeksiyaedici vasitələri göndərir - Polşa diplomatiyası rəhbərinin müavini vurğuladı. Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcəkdir. Bir həftə əvvəl, 19 iyun tarixində, oxşar yardım Wroclaw hava limanından Ermənistana və Gürcüstana göndərildi.

Nazir müavini Jabłoński həmçinin qeyd etdi - Maddi Ehtiyatlar Agentliyi və Səhiyyə Nazirliyinin dəstəyi olmadan geniş yardım kampaniyası mümkün olmazdı. Həm də birbaşa köməkçilərə - Beynəlxalq Həmrəylik Fonduna və Milli Müdafiə Nazirliyinə təşəkkür sözlərini çatdırdı.

Polşanın Azərbaycana təyyarə ilə humanitar yardımı Bakıya uğurla endi.

Azərbaycan, Polşadan koronavirusla mübarizəyə yardım almış növbəti Şərq Tərəfdaşlığı ölkəsidir. Polşa hakimiyyəti adından tibbi müdafiə ləvazimatlarını Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rahim Əliyevə təhvil verilməsini səfir Rafal Poborski etdi. 

“Polşa və Azərbaycan yaxın tərəfdaş olaraq qalır. Bugünkü Polşanın humanitar yardımının təhvil verilməsi mərasimi COVID-19 pandemiyası ilə bağlı qlobal problemlər qarşısında birgə fəaliyyət göstərməyə hazır olduğunu təsdiqləyir" deyə bildirdi, Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri və 3.5 ton tibbi ləvazimatları Azərbaycan hakimiyyət nümayəndələrinə təhvil verdi.

Zdjęcia (6)

{"register":{"columns":[]}}