Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO rəhbəri ilə görüş
27.09.2022
Bu il sentyabrın 27-də Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə görüşüb.
Görüş zamanı hər iki ölkənin bazarlarında fəaliyyət göstərən sahibkarlara dəstək sahəsində əməkdaşlıq imkanları, Polşa-Azərbaycan ticarət və investisiya əməkdaşlığının artırılmasına yönəlmiş biznes missiyalarının təşkili, tanıtım layihələri və digər fəaliyyətlər müzakirə olundu.