Azərbaycanda Polşa İrsi - layihələrin təqdimatı
17.02.2022
17 fevral 2022-ci il tarixində Bakıda XIX-XX əsrlərdə polşalı memarlar tərəfindən Azərbaycanda yaradılmış və Polşanın Bakıdakı Səfirliyi və azərbaycanlı tərəfdaşlar tərəfindən həyata keçirilən memarlıq irsi ilə bağlı yeni layihələrin təqdimatı keçirilib.
Polşa Respublikasının Bakıdakı Səfirliyi və Azərbaycan Turizm Bürosu tərəfindən tamamlanmış layihələrə Azərbaycanın paytaxtında polşalı memarlar tərəfindən layihələndirilmiş binalara həsr olunmuş dron ilə çəkilmiş filmlər silsiləsi daxildir, habelə Bakıdakı Polşa izlərinin marşrutu üzrə hazırlanmış turist bələdçisi.
Tədbirin açılışında Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Xanım Sevda Məmmədəliyeva iştirak edərək Polyakların Azərbaycan mədəniyyətinin, elminin və sənayesinin inkişafına verdiyi mühüm töhfələri vurğulayıb. Polşa memarları tərəfindən hazırlanmış abidələrə toxunan vitse-nazir S. Məmmədəliyeva bildirib ki, “Onların irsi paytaxtımızın ruhunu zənginləşdirir”.
Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski bildirib ki, “Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız və birgə səylərimiz bir tərəfdən Azərbaycanda Polşa irsinin və əlaqələrimizin zəngin tarixinin daha da təbliğinə töhfə verəcək və digər tərəfdən, Polşa və daha geniş mənada xarici turistlərin nəzərində Azərbaycanın turistik cəlbediciliyini artıracaq”. Polşa ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının qarşıdan gələn 30 illiyinə (21 fevral 1992-ci il) toxunaraq, yaxşı ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm təməl kimi Polşanın Bakıda irsinin olmasının göstərdi.
Öz növbəsində Azərbaycan Turizm Bürosunun sədri Florian Sengstschmid bildirib ki, digər məsələlərlə yanaşı, Polyakların Bakıda qoyub getdiyi memarlıq irsinin təbliği Azərbaycan Turizm Bürosunun ölkə turizminin təşviqi strategiyasının bir hissəsidir. “Bakıda və ətrafında Polşa İrsi” nəşri yeni dil versiyalarını gözləyir. F. Sengstschmid əlavə edib ki, nəşr Azərbaycan Turizm Bürosunun Azərbaycana gələn turistlərə təklif etdiyi Bakıdakı Polşanın izi ilə gedən turizm marşrutunu tamamlayır (link).
Tədbir zamanı bu yaxınlarda Polşa Respublikasının Xarici İşlər Nazirliyi və Polşa Respublikasının Bakıdakı Səfirliyi ilə birgə Poczta Polska (Polşa Poçtu) tərəfindən buraxılmış və Bakıda fəaliyyət göstərən ən görkəmli Polşa memarlarından biri olan Yuzef Qoslavskinin (Józef Gosławski) xatirəsinə həsr olunmuş poçt markasının təqdimatı keçirilmişdir.
Tədbir zamanı təqdim olunan “Bakıda və ətrafında Polşa irsi” adlı kitabçanı aşağıdan yükləmək olar.
Tədbir zamanı təqdim olunan media layihəsinin treylerinə aşağıdan baxa bilərsiniz (layihə çərçivəsində çəkilmiş bütün filmlər Polşa Respublikasının Bakıdakı Səfirliyinin YouTube kanalında yerləşdiriləcək).
Materiały
Polish legacy in Baku and BeyondPolish_Legacy_in_Baku_and_beyond.pdf 8.34MB