Azərbaycanda Polşa xalq rəqsləri
07.05.2023
2-6 may 2023-cü il tarixlərində Polşa Respublikasının Bakıdakı Səfirliyinin dəvəti ilə Polşa xalq rəqslərinin ifasında ixtisaslaşmış Krakovdan olan “Pawie Pióra” (Tovuzquşu Lələkləri) rəqs qrupu Azərbaycanda səfərdə olmuşdur.
Qrup Bakıda olduqları müddətdə Səfirliyin Azərbaycanın mədəniyyət müəssisələri ilə birgə təşkil etdiyi bir sıra rəqs tamaşalarında iştirak etdi. Polşa folklor qrupunun çıxışları həm də Azərbaycanda Polşa İrsi Günlərinin qeyd edilməsinin bir hissəsi idi.
Bu il mayın 3-də “Pawie Pióra” qrupu Polşa Respublikasının Bakıdakı Səfirliyinin və ADA Universitetinin birgə təşkil etdiyi “Polşa Xalq Rəqsləri Ənənələri” adlı tədbirdə iştirak etmişdir. Polşadan gələn rəqqasların seçilmiş Polyak milli və regional rəqslərini ifa etdikləri məzmunlu hissə və şoudan sonra Polyak xalq rəqslərinin öyrənilməsi üzrə ustad dərsləri keçirilib. Tədbirdə ADA Universitetinin professor-müəllim heyəti və tələbələri, həmçinin Bakıdakı Polşa İcmasının xeyli üzvləri iştirak etmişlər.
Bu il mayın 3-də Polşa Respublikasının Bakıdakı Səfirliyinin 3 May Konstitusiyasının qəbulunun 232-ci ildönümü münasibətilə Bakıda Hilton hotelində təşkil etdiyi bayram tədbirində “Pawie Pióra” qrupu çıxış etdi (video: https://youtu.be/oBHUiSts3RY).
Bu il mayın 4-də Səfir Rafal Poborskini mədəniyyətə həsr olunmuş dövlət televiziya kanalı – Mədəniyyət TV-yə müsahibəsi zamanı “Pawie Pióra” qrupu müşayiət edib (müsahibənin linki: https://youtu.be/dXqO8k3jYkE). Canlı yayımda Səfir aparıcıların suallarını cavablandırıb, Polşa-Azərbaycan mədəni əlaqələri ilə bağlı suallara dair və Polşa milli adət-ənənələri haqqında danışıb.
“Pawie Pióra” qrupunun üzvləri telestudiyada krakowiak rəqsi ifa edərək tamaşaçılara Krakov xalq geyiminin xarakterik elementlərini təqdim ediblər. Bu il mayın 4-də Azərbaycandakı Ukrayna diasporunun dəvəti ilə “Pawie Pióra” rəqs qrupu Bakıdakı Ukrayna restoranlarından birində rəqs proqramı ilə çıxış ediblər. Tədbir Polşa və Ukrayna xalq musiqisinin sədaları altında birgə rəqs etmək və oxumaq üçün fürsət oldu, ilk növbədə Azərbaycandakı Ukrayna diasporunun nümayəndələri üçün.
Bu il mayın 5-də Polşa Respublikasının Bakıdakı Səfirliyi “Pawie Pióra” rəqs qrupunun növbəti çıxışını bu dəfə Azərbaycan Milli Xalça Muzeyində təşkil etdi. Polşa rəqs qrupu “Mədəniyyətlərarası dialoq və etnik kimlik” adlı konfrans iştirakçılarına və muzeyə gələn turistlərə Polşanın ən məşhur milli və regional rəqslərini təqdim etdilər.
Tədbirdə həmçinin Azərbaycan rəqqaslarının çıxışları, ənənəvi Azərbaycan rəqsləri təqdim olunub.
“Pawie Pióra” qrupunun Bakıdakı bütün çıxışları Azərbaycan və beynəlxalq tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanıb.