Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri ilə görüş
27.02.2023
Bu il 27 fevralda Səfir Rafal Poborski Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev ilə görüşüb.
Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Direktoru Cavid Abdullayev bu il fevralın 27-də bərpa olunan enerji mənbələri sahəsində Polşa təcrübəsi və təklifini, eləcə də Azərbaycanın bu sahədə planları və ehtiyaclarını müzakirə etdilər.
Polşa Respublikasının Səfiri həmsöhbətinə GreenEVO proqramının kataloqunu, Azərbaycanla bərpa olunan enerji mənbələri üzrə Polşa təcrübəsini və layihələrini bölüşməyə hazır olduğunu vurğuladı.