Bakıda 3 May Konstitusiya Günü
30.04.2024
Aprelin 30-da Polşa Respublikasının Bakıdakı Səfirliyi 3 May Konstitusiyasının qəbulunun 233-cü ildönümünü qeyd etdi.
Çoxsaylı qonaqları Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini Fariz Rzayev salamladılar.
Tədbir iştirakçıları Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nərgiz Əliyevanın fortepiano ifasında Frederik Şopenin əsərlərini dinlədilər.