In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Bakıda “Ana, mən müharibə istəmirəm” sərgisi

19.09.2022

Bakıda “Ana, mən müharibə istəmirəm” sərgisi (19-29.09.2022)

Polşa Respublikasının Dövlət Arxivi və Mom I see war portalı tərəfindən həyata keçirilən və Polşa-Ukrayna arxiv layihəsi çərçivəsində 19 sentyabr 2022-ci il tarixində Bakıdakı “Landmark” kompleksində Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Ukraynanın Azərbaycandakı Səfiri Vladıslav Kanevski “Ana, mən müharibə istəmirəm” adlı sərginin açılışını etdilər.

Sərgidə Müasir Arxivdə saxlanılan II Dünya Müharibəsi dövründən qalan və polşalı uşaqların çəkdikləri rəsmlər və Ukraynada davam edən müharibə ilə bağlı ukraynalı uşaqların çəkdikləri müasir rəsmlər təqdim olunur. Bunlar balacaların məruz qaldığı ağlasığmaz zərərin dramatik və təsirli göstəricisidir. Rəsmlər arasında 76 il fərq olsa da, uşaq gözü ilə baxılan müharibə dəhşətlərinin eyni obrazını paylaşır. Layihənin devizi dahi Polşalı pedaqoq Yanuş Korçakın “Uşaq əsgər deyil, Vətəni qorumur, lakin ondan ağrı çəkir” sözləridir.

Sərgiyə bu il sentyabrın 29-dək baxmaq olar.

Ətraflı layihənin saytında:
https://momidontwantwar.eu/ 

Zdjęcia (6)

{"register":{"columns":[]}}