Bakıda “Ədəbiyyat günü”
26.09.2022
Avropa Dilləri Gününün qeyd edilməsi çərçivəsində EUNIC Azərbaycan klasteri 26 sentyabr 2022-ci il tarixində Bakıdakı Xarici Dillər Universitetində “Ədəbiyyat Günü” təşkil etdi.
Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski Nobel mükafatı laureatı Çeslav Miloşun “Unut” adlı şeirini təqdim etdi. Tədbirdə universitet rəhbərliyinin nümayəndələri, çoxsaylı tələbələr, rektorlar və diplomatik korpusun üzvləri iştirak ediblər.