Bakıda EduExpo sərgisində Polşada təhsil təklifinin təqdimatı
06.10.2019
10-12 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin himayəsi ilə 13-cü beynəlxalq təhsil sərgisi keçirildi.
Polşa Respublikasının Bakıdakı Səfirliyi, Varşava Universitetinin Şərqi Araşdırmalar Mərkəzinin Qafqaz Bürosu ilə birlikdə Polşa universitetlərini, iqtisadi, texniki, tibb və dəniz universitetlərinin təhsil təkliflərini, həmçinin Polşada təqaüd imkanlarını təqdim etdilər.
Üç gün davam edən tədbirdə ölkəmiz ən güclü şəkildə təmsil olunanlardan biri idi - sərgidə Maria Küri-Sklodovska Universitetinin və Lodz'dakı Humanitar-İqtisadi Akademiyanın nümayəndələri də iştirak etdilər. Polşa stendlərinə yüzlərlə ziyarətçi - orta məktəb şagirdləri, məzunlar, tələbələr, Təhsil Nazirliyinin nümayəndələri və akademik heyətin nümayəndələri baş çəkdilər. Tədbirdən fotoreportaj əlavə olunur.
Birgə AB stendi olaraq Avstriya, Çexiya, Almaniya, Latviya, Litva, Macarıstan, Rumıniya, Fransa, İsveç və Polşa Səfirlikləri və Universitetlər tərəfindən təhsil təkliflərini təqdim etdilər.