Bakıda "Krakov Xəzinələri"
04.06.2022
Bakıda "Krakov Xəzinələri" sərgisi, 4 iyun - 3 iyul 2022-ci il.
Bu il iyunun 4-dən etibarən İçərişəhərdə, Qız Qalasının yanında, Beynəlxalq Mədəniyyət Mərkəzi və Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən hazırlanmış “Krakov Xəzinələri” sərgisinə baxa bilərsiniz. Sərgidə Polşa Krallarının iqamətgahı və ölkənin keçmiş paytaxtı Krakov ilə bağlı 90 incəsənət və memarlıq əsəri, abidələr və qeyri-maddi irs nümunələri nümayiş etdirilir.
Sərginin rəsmi açılışını Bakıda səfərdə olan Polşa-Azərbaycan Parlament Qrupunun Sədri, Xanım Millət vəkili Joanna Lichocka (Yoanna Lixotska) və Polşa Respublikasının Azərbaycandakı Səfiri Cənab Rafal Poborski etmişlər.
Azərbaycan və İngilis dillərində olan sərgiyə bu il iyulun 3-dək baxmaq mümkündür.
Buyurun!