In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Birinci Polşa-Azərbaycan Maliyyə İnnovasiyaları Forumu

27.06.2024

Birinci Poland-Azerbaijan Innovative Finance Forum 27 iyun 2024-cü ildə onlayn keçirilib.

Birinci Polşa-Azərbaycan Maliyyə İnnovasiyaları Forumu (online webinar, 27.06.2024)

Bu il iyunun 27-də onlayn rejimdə birinci Poland-Azerbaijan Innovative Finance Forumu keçirilib, Polşa Respublikasının Bakıdakı Səfirliyi, Fintech Poland, Azərbaycan Fintech Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olundu. 

Tədbiri giriş sözü ilə Polşa Respublikasının Bakıdakı Səfirliyinin Baş-müşaviri Bartosz Musialowicz açıb. Polşanın fintech sektorunun ətraflı təsviri Fintech Polşanın Sədri Pawel Widawski, Azərbaycan sektoru isə Azərbaycan Fintech Assosiasiyasının Sədri Ruslan Talıbov və icraçı direktor Azər Əkbərov tərəfindən müzakirə edilib. Öz növbəsində Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Azərbaycanın bank bazarını xarakterizə edib.

Tədbir təcrübə mübadiləsinə və hər iki bazarda tendensiyalar və inkişaf imkanları haqqında biliklər əldə etməyə imkan verdi. Görüş zamanı Polşadan (Digital Fingerprints, LexisNexis Risk Solutions, Visiona, Face Phi, New Digital Street) və Azərbaycandan (United Payment Azerbaijan, eManat, ExpressPay, Mobile Payment Systems) fintech şirkətləri öz həll yollarını, Rymarz Zdort Maruta hüquq üzrə şirkət isə Polşa fintech bazarına daxil olma qaydalarını təqdim etdilər.

Tədbirdə 100-dən çox iştirakçı var idi. 

Zdjęcia (6)

{"register":{"columns":[]}}