Boosting Green: Bakıda keçirilən Polşa-Azərbaycan İqtisadi Forumu
18.11.2024
Bakıda iqtisadi forum keçirilib, forum zamanı yaşıl texnologiyalar sektorundan Polşa şirkətləri tərəfindən təklif olunan seçilmiş innovativ həllər təqdim olundu.
Bu il noyabrın 18-də, 2024, Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində Polşa Respublikasının İqlim və Ətraf Mühit Nazirliyi və Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Bakıda “Boosting Green” adlı Polşa-Azərbaycan iqtisadi forumu keçirilib.
Konfransı İqlim və Ətraf Mühit Nazirinin Müavini Krzysztof Bolesta və Polşa Respublikasının Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Michal Greczylo açdılar.
Tədbir çərçivəsində polyak şirkətlərini birləşdirən GreenEvo Green Technology Accelerator şirkətindən: PROTE, SYMBIONA, AGATA, DAGAS, eləcə də Ətraf Mühit Mühəndisliyində Yeni Texnologiyalar İnstitutu və Enerji İnstitutu öz innovativ həllərini təqdim etdilər. Tədbir zamanı həmçinin PGE Qrupunun İdarə Heyətinin Prezidenti Dariusz Marc, Polşa Banklar Assosiasiyasının Vitse-prezidenti Agnieszka Wachnicka, BGK bankının beynəlxalq əlaqələr üzrə Direktoru Joanna Wegrzyn və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidentinin Müşaviri Ziya Hacılı çıxış etdilər.