Cənab Səfir Rafal Poborski tərəfindən etimadnamələrin surətlərinin təqdim edilməsi
04.02.2020
4 fevral 2020-ci ildə Cənab Səfir Rafal Poborski etimadnamələrinin surətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə Cənab Elmar Məmmədyarova təqdim etdi.
"Polşa ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir və buna görə də, daha da möhkəmlənməsinə səy göstərərək, Bakıda diplomatik fəaliyyətə başlaya biləcəyimə görə çox şadam" - sözləri ilə Cənab Səfir R. Poborski Azərbaycan Respublikası Xarici İşlər Naziri Cənab E. Məmmədyarovla görüşə başladı. Etibarnamələrin surətlərini təhvil verdikdən sonra Azərbaycan diplomatiyasının Rəhbəri ilə nəzakətli görüş keçirildi, bu görüş zamanı Polşa Səfirinin Bakıdakı diplomatik nümayəndəlikdəki prioritetləri müzakirə edildi.
Qaldırılan mövzular arasında nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq yer aldı. "Biz bircə iş adamlarımızın Polşa ilə Azərbaycan arasındakı əməkdaşlığın institusional çərçivəsinin təklif etdiyi imkanlar barədə məlumatlılığını artırmağa səy göstərməliyik" - görüşü yekunlaşdıran Cənab Səfir R. Poborski qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının, həmçinin Polşa markalarının Azərbaycanda daha geniş görünməsinin vacibliyini qeyd etdi.