Cənab Səfir Rafal Poborski tərəfindən etimadnamənin təqdim edilməsi.
04.03.2020
2 mart 2020-ci ildə Polşa Respublikasının Bakıdakı Səfiri Cənab Rafal Poborski tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, Cənab İlham Əliyevə etimadnamələrinin təqdim edilməsi mərasimi keçirildi.
Etimadnamələrini təqdim etdikdən sonra Cənab Səfir R. Poborski Cənab Prezident İlham Əliyevlə nəzakətli söhbət etdi. Daha sonra müzakirə edildi nəqliyyat, enerji, ticarət və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq imkanları. Həm də Polyakların Bakı və Azərbaycanın inkişafına verdiyi əhəmiyyətli töhfələr barədə biliklərin yayılmasına əsaslanaraq iki ölkə arasında turist mübadiləsinin böyük potensialına da diqqət yetirildi. Başlanılmış layihələri davam etdirmək və qarşılıqlı-faydalı əməkdaşlığa dair yeni layihələri axtarmaq istəyi vurğulandı.