Elan
22.05.2020
2020-ci ilin may ayının 21-dən etibarən Polşa Respublikası ərazisinə aşağıda adıgedən şəxslər daxil ola bilərlər:
- Polşa Respublikasının vətəndaşları;
- Valideynlər/ ya valideynlərdən biri, yaxud himayəsində olan, habelə həyat yoldaşı Polşa Respublikası vətəndaşının olduğu təqdirdə;
- Karta Polaka sahib olan əcnəbilər;
- Diplomatik nümayəndəliklərin rəhbərləri habelə nümayəndəliklərin diplomatik və konsulluq işçiləri. Bundan əlavə diplomatik status sahibləri və onların ailə üzvləri;
- Müvəqqəti ya daimi yaşayış icazəsi olan;
- Polşa Respublikası ərazisində işləmək icazəsi olan, yaxud Polşa Respublikası vətəndaşları ilə eyni şərtlər əsasında işləməyə icazəsi olan, iş icazəsinə sahib olan, mövsümi işlərin görülməsi reyestrində adı qeydə alinması haqqında şəhadətnamənin sahibləri, Polşa Respublikası ərazisində bir əcnəbiyə iş tapşırılması barədə bəyannamə sahibi:
- Polşa Respublikası ərazisində işləmək ya
- Sərhədi dərhal keçdikdən sonra işin başlanmasını təsdiq edən sənədləri təqdim edənlər;
- Sərnişin və ya malların daşınması üçün nəqliyyat vasitəsini idarə edən, və sərnişin və ya malların daşınması ilə qaynaqlanan peşə sahibləri;
- Beynəlxalq avtomobil nəqliyyatı və ya beynəlxalq birləşdirilmiş nəqliyyatın tərkibində avtomobil nəqliyyatı ilə işləyən sürücülər, Polşa Respublikasının ərazisindən tranzitlə nəqliyyat vasitəsi kimi istifadə olunan nəqliyyat vasitələrindən başqa digər nəqliyyat vasitələri ilə hərəkət edən sürücülər:
- Polşa Respublikası ərazisində işləməsi yaxud
- işə başlamağın sərhəddən keçdikdən dərhal sonra dərhal başlayacağını göstərən sənədləri təqdim edən;
- Polşa Respublikası ərazisində təhsil alan şagirdlər və tələbələr;
- Avropa Birliyinin, Avropa İqtisadi Bölgəsinin (EEA) və ya İsveçrə Konfederasiyasına üzv ölkələrinin vətəndaşları habelə onların həyat yoldaşları və övladları yaşayış və ya qaldığı yerə Polşa Respublikasının ərazisindən keçərək, Polşa Respublikasının sərhədini keçdiyi andan 12 saatdan artıq olmamaq şərti ilə, çatmaqları üçün; müddəa Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa Birliyi və Avropa Atom Enerjisi Birliyindən çıxması barədə razılığa əsasən Birləşmiş Krallıq və Şimali İrlandiya Birləşmiş Krallığına da aiddir.