Enerji sektorunda müasir inkişaf tendensiyaları və çağırışlar mövzusunda seminar
09.03.2023
Azərbaycan Texniki Universitetində enerji sektorunda müasir inkişaf tendensiyaları və çağırışlar mövzusunda Polşa-Azərbaycan seminarı keçirilib.
Bu il 9 mart Azərbaycan Texniki Universitetində enerji sektorunda müasir inkişaf tendensiyaları və çağırışlar mövzusunda Polşa-Azərbaycan seminarı keçirilib.
Tədbiri giriş sözü ilə Universitetin Rektoru prof. Vilayət Vəliyev və Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski açdılar, Polşanın APS Energia, Elektrometal Energetyka, Wpmtech Fotowoltaika şirkətlərinin nümayəndələri elektroenergetika, nəqliyyat, telekommunikasiya və digər sahələrdə təklif olunan həllərin geniş spektrini təqdim etdilər.
Təqdimatda Azərbaycanın biznes, sənaye və elm dünyasının nümayəndələri iştirak ediblər.