In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Görkəmli Polşa Qadınları haqqında sərginin açılışı

07.03.2023

Beynəlxalq Qadınlar Günü ərəfəsində Polşa Respublikasının Bakıdakı Səfirliyi, Aİ-nın Azərbaycandakı Nümayəndəliyi, Bakıdakı ADA Universiteti və Avropanın Gənc Səfirlərinin (Young European Ambassadors) birgə təşkilatçılığı ilə görkəmli Polşa Qadınlarına həsr olunmuş tədbir keçirilmiş və onlara həsr olunmuş "Görkəmli Polşa Qadınları" adlı sərgi açılmışdır.

Görkəmli Polşa Qadınları haqqında sərginin açılışı (Bakı, 7 mart 2023-cü il)

7 mart 2023-cü il tarixində ADA Universitetində Səfir Rafal Poborski və ADA Universitetin prorektoru Fariz İsmayılzadə “Görkəmli Polşa Qadınları” adlı sərgini açdılar. Layihə Avropa İttifaqı tərəfindən həyata keçirilən sosial kampaniyanın bir hissəsi idi. Sərgidə əsaslı elmi kəşflər etmiş, ədəbiyyat və təsviri incəsənət sahəsində görkəmli nailiyyətləri ilə öyünə bilən, eləcə də ənənəvi olaraq kişilərin sahəsi hesab olunan (siyasət, ekstremal idman növləri) sahələrdədə uğur qazanmış qadınlarımızın nailiyyətlərini əks etdirən genişşəkilli formatda 11 lövhə təqdim olundu.

Tədbir çərçivəsində görkəmli Polşa Qadınlarının dünyanı yaxşılığa doğru dəyişdirən oynadığı rolla bağlı müzakirə paneli (Səfir Rafal Poborski, Polşa Respublikasının Bakıdakı Səfirliyinin diplomatları, ADA Universitetinin elmi heyəti və tələbələri, həmçinin dəvət olunmuş qonaqların iştirakı ilə) keçirilib.  Sərginin açılışından əvvəl tədbir iştirakçıları həmçinin seçilmiş məşhur Polşa qadınları haqqında mühazirədə dinlədilər. Tədbir zamanı görkəmli Polşa qadınlarının həyatından bəhs edən qısametrajlı filmlər (“Görkəmli Polşa Qadınları” layihəsinin məqsədləri üçün Polşa Respublikasının Xarici İşlər Nazirliyi üçün hazırlanmışdır) nümayiş etdirildi. Tədbirin sonunda ADA Universitetinin tələbələri üçün məşhur Polşa qadınları ilə bağlı viktorina keçirilib və bu viktorinada mükafatlar “Görkəmli Polşa Qadınları” adı altında kitablar olub. Yuxarıda adı çəkilən nəşr də Səfir Rafal Poborski tərəfindən ADA Universitetinin kitabxanasına hədiyyə olunub.

Sərginin açılışında və onu müşayiət edən tədbirlərdə Bakıdakı diplomatik korpusun üzvləri, yerli Polşa İcmasının xeyli üzvü, eləcə də Azərbaycanın akademik ictimaiyyətinin, mədəniyyət aləminin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Zdjęcia (6)

{"register":{"columns":[]}}