In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

II-ci Dünya Müharibəsinin başlamasının 80 illiyi

01.09.2019

80 il əvvəl Almaniyanın Polşaya təcavüzü II Dünya Müharibəsini başlatdı. 1 sentyabr 1939-cu ildə səhər saatlarında Alman Reyxinin ordusu Polşa-Alman sərhədi keçdi. Polşa Ordusu müttəfiqlərinin reaksiyasını gözləyərək silahlı şəkildə müqavimət göstərdi. 3 sentyabr 1939-cu ildə Fransa və Böyük Britaniya Alman Reyxinə qarşı müharibə elan etdilər, ancaq faktiki müharibə aparmadılar. 17 sentyabr 1939-cu ildə Sovet İttifaqı Polşanı şərqdən işğal edərək Polşanın faciəli taleyini möhürlədi. Alman Reyxinin və Sovet İttifaqının hücumu, hər iki totalitar dövlətin Molotov-Ribbentrop Paktına imza atması nəticəsində baş verdi, onun gizli protokolu nəticədə Mərkəzi Avropanı məlum təsir dairələrinə ayırdı.

Heinkel He-111

1 sentyabr 1939-cu il, saat 4:45-də Alman Reyx ordusu Fall Weiss(Ağ Plan) planına başladı. Bu kod adı altında 1600 km uzunluğunda cəbhəlik Polşaya hücum planı gizlənirdi. Döyüşün ilk günündə müqavimət simvoluna dönən və Polşa ekipajının bir həftə müdafiə etdiyi Westerplatte hərbi anbarı oldu. Alman Reyxinin komandirləri bu kampaniyada əvvəllər bilinməyən ildırım müharibəsi taktikasından (məlum Blitzkrieg) istifadə etdilər. Alman Reyx ordusunun say və texnoloji üstünlüyü səbəbindən, Polşa qoşunları müharibənin ilk günlərində ölkənin içərisinə geri çəkilmək məcburiyyətində qaldılar. Bununla birlikdə, Polşa əsgərlərinin səyləri sayəsində Fall Weiss planının vaxt fərziyyələri tam reallaşmadı.

Polşa Ordusunun bölmələri işğalçılara qarşı sərt müqavimət göstərdi. Hücumun ən böyük toqquşması sentyabrın 22-dək davam edən Bzura döyüşü idi. Məğlubiyyətlə başa çatsa da, Alman Reyxini fəaliyyət planını dəyişdirməyə məcbur etdi və 28 sentyabr 1939-cu ildə başa çatmış Varşavanın təslim edilməsini gecikdirdi. Son Polşa qoşunları 6 oktyabr 1939-cu ildə silahlarını yerə qoydular, lakin bəzi ordu birləşmələri müqavimət göstərərək işğalçılara qarşı mübarizəni davam etdilər. Buna misal olaraq 1940-cı illərin ortalarına qədər mövcud olan mayor Henryk Dobrzanski-nin, ləqəbi "Hubal" komandanlığı altında Polşa Ordusunun Ayrılmış Bölməsini göstərmək olar.

17 sentyabr 1939-cu ildə Polşaya qonşularından daha birisi - Sovet İttifaqı hücum etdi. Sovet ordusunun hücumu zamanı Polşa hakimiyyəti ölkə ərazisində qalmaqda davam etdi və hərbi birliklər Alman Reyxi ilə mübarizəni davam etdirdilər. Şərq sərhədində hərbi müqavimət ehtiyacı Polşa Ordusunu əlavə olaraq zəiflətdi və 1939-cu il müdafiə müharibəsindəki məğlubiyyəti möhürlədi.

Həm Alman Reyxi, həm də Sovet İttifaqı yalnız Polşanın ərazi fəthinə yönəlməmiş, həm də intellektual təbəqələrinin məhv edilməsini və Polşa millətinin tədricən məhv edilməsini həyata keçirmişdirlər.

Alman Reyxinin bombalaması nəticəsində müharibənin ilk saatlarında çox sayda mülki şəxs həlak oldu. Alman Reyxi Polşa ziyalılarını Intelligenzaktion ("Ziyalı" əməliyyatı) və AB (Außerordentliche Befriedungsaktion/Sakitləşdirməkçün fövqəladə hərəkət) planının bir hissəsi olaraq öldürmək planını ardıcıl olaraq həyata keçirdi. Polşa torpaqlarında işğalçılar 1945-ci ilədək, yəni II-ci Dünya Müharibəsinin sonuna qədər davam edən əhalisinin kütləvi şəkildə qırmağını həyata keçirdilər. Alman Reyxi həmçinin Yəhudi əhalisini kütləvi şəkildə məhv etmək proqramınıda həyata keçirdi. Qərbi Avropanın işğal altındakı ölkələrindən fərqli olaraq, işğal olunmuş Polşada Yəhudilərə kömək edənlər ölüm hökmü ilə təhdid olunurdular.

Sovet İttifaqında Polyaklar kütləvi şəkildə həbs edildi və deportasiya edildilər. Əmək düşərgələrində qida rasionu, faciəli yaşayış şəraiti və gigiyena ilə bağlı bərbad şərait, həm də aclıq və cinayətkar məhbusların daima təhlükəsinə məruz qalaraq qul işlərinə məcbur edildilər.

1939-cu ildə Polşanın müdafiə müharibəsi ölkədə və xaricdə müqavimətə son qoymadı. Ölkəsi işğal edilmiş və Avropadakı ən böyük Yeraltı Dövlətin öz silahlı qüvvələri, parlamenti, məhkəmə və gizli təhsili olan quruluşları yaradıldı. Polşa Ordusu bütün Avropa və Afrika cəbhələrində gedən döyüşlərdə iştirak edərək Fransa və Böyük Britaniyada yenidən dirçəldi. 22 iyun 1941-ci ildə Alman Reyxinin SSRİ-yə hücumundan və Sikorski-Mayski müqaviləsinin imzalanmasından sonra SSRİ-də Polşa Silahlı Qüvvələri yaradıldı. Polyaklar Müttəfiqlərin qələbəsinə və İkinci Dünya Müharibəsinin sona çatmasına əhəmiyyətli töhfələr verdilər. Təəssüf ki, 1945-ci il Polşaya azadlıq gətirmədi. Yaltadakı konfransın ardından Avropa bölündü. Fultonda Çörçillin istifadə etdiyi "Dəmir pərdə" kəlməsi Avropanın müharibədən sonrakı bölgüsünü və Sovet təsir dairəsində olan Polşanın və digər ölkələrin əsarətini müəyyənləşdirdi. Polşa yalnız 1989-cu ildən sonra tam suverenliyini bərpa etdi.

Wideo

{"register":{"columns":[]}}