In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

II Dünya Müharibəsinin bitməsinin 75 illiyi.

08.05.2020

İkinci Dünya Müharibəsinin bitməsindən 75 il sonra onun qurbanlarını hörmətlə anırıq. 1939-cu ilin sentyabrından 1945-ci ilin mayınadək Avropadakı bütün münaqişə boyu Polşa Millətinin Nasist Almaniyası ilə sarsılmaz mübarizəsini xatırlayırıq.

WW2

Polşa Hitler üzərində qələbəyə danılmaz bir töhfə verdi: Polşa Ordusu müttəfiqlərin sayca səkkizinci ən böyük ordusu idi, əsgərlərimiz bu müharibənin bütün cəbhələrində vuruşdu, o cümlədən: 1939-cu ildə Polşanı müdafiə edərkən, Narvikdə, Fransa və İngiltərə uğrunda 1940-cı ildə, Afrikada 1941-1942, 1943-cü ildən Şərq Cəbhəsində, Monte Cassino, Ancona, Falaise, Arnhem 1944, Bolonyanı azad edərək və 1945-ci ildə Berlinin tutulmasında iştirak etdi. Hələm 1930-cu illərdə müttəfiqlərin kəşfiyyatına Almanları güdməyə imkan verən Enigma kodunu qıran Polşa riyaziyyatçıları idilər.

Polşa Dövləti heç vaxt təslim olmamışdır. Hökümət, mühacirətdə və işğal edilmiş ölkədə müttəfiqlərə silahlı mübarizə və kəşfiyyat dəstəyi (məs. V1 və V2 raketləri üçün sənədi ələ keçirdi) təşkil edən Yeraltı Dövlətin strukturları tərəfindən fəaliyyətini davam etdirdi. Onun daxilində siyasi həyat davam edirdi, gizli məktəb tədris olunurdu və məhkəmə sistemi fəaliyyət göstərirdi. Polşa Yeraltı Dövləti xüsusilə təqib olunan vətəndaşların, o cümlədən Yəhudi vətəndaşların qayğısına qaldı və Holokost haqqında azad dünyaya məlumat verdi.

Almaniyaya qarşı fasiləsiz mübarizənin qiyməti, təxminən 3 milyon Polşa Yəhudiləri də daxil olmaqla 6 milyon vətəndaşının ölümü oldu. Maddi itkilər 860 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Mədəni əşyaların 40%-i məhv edildi və ya götürüldü. Polşa ərazisi 20% kiçildi.

Alman totalitarizmi üzərində qələbə Polşa da daxil olmaqla Mərkəzi və Şərqi Avropaya çoxdan arzu edilən azadlığı gətirmədi. Demokratik dünyadan "dəmir pərdə" ilə ayrıldı və 1989-cu ilə qədər Sovet İttifaqının hakimiyyəti altında qaldı.

{"register":{"columns":[]}}