Konsulluq və polonia departamentində qəbulun qeydiyyati qaydalarinda dəyişikliklər
15.10.2021
Konsulluq və polonia departamentində qəbulun qeydiyyatı qaydalarında olunmuş dəyişiklər 25 oktyabr 2021-ci il tarixindən etibarlıdır.
AZ
Konsulluq və polonia departamentində qəbulun qeydiyyatı qaydalarında olunmuş dəyişiklər 25 oktyabr 2021-ci il tarixindən etibarlıdır. Viza müraciəti üçün e-konsulat (https://secure2.e-konsulat.gov.pl/) sisteminə keçid alaraq qəbul təyin edin.
Unutmayın ki, planlaşdırılmış səfərin başlama tarixindən iki həftədən gec olmayaraq viza üçün müraciət etməlisiniz.
DİQQƏT – Qeydiyyatdan keçərkən təqdim olunacaq sənədlərdə olan tam və dəqiq məlumatları qeyd edin. Müraciətə daxil edilmiş məlumatlar mövcud sənədlərdəki məlumatlara (həmçinin orfoqrafik cəhətdən) uyğun olmadlıdır.
İş üçün milli viza almaq istəyən şəxslər qəbul gününü yalnız e-konsulat sistemi vasitəsi ilə təyin etmələri xahiş olunur.
Milli iş vizası müraciətinə gün təyin etmək üçün:
- https://secure2.e-konsulat.gov.pl/ səhifəsinə daxil olun
- MENU bölməsində “Milli Viza forması-qeydiyyatdan keç” seçin və daha sonra iş məqsədi və ya ayrı viza məqsədi üçün müraciət etdiyinizi həmçinin müraciət qaydalarını qəbul edib etmədiyinizi təsdiqləyin:
- "Milli viza - iş" seçdiyinizdə, əsas məlumatlarınızı və Polşada işləməyə icazə verən sənədin detallarını ehtiva edən ilkin viza müraciətini doldurun. Qeyd olunan məlumatlar doğru olduqda, viza müraciətini tam doldurmaq üçün elektron məktub vasitəsi ilə keçid üçün LİNK alacaqsınız. Müraciət formasının tam doldurulmasına müraciətçiyə 48 saat vaxt verilir. Müraciət forması doldurulduqdan sonra, onu yaddaşda saxlayın və çap edin. Yoxlanış zamanı qeyd etdiyiniz məlumatlar doğru olmadıqda və ya 48 saat ərzində müraciət forması tam doldurulmadığı halda qeydiyyat ləğv olunur;
- “Milli viza- Digər” bölməsini seçdiyiniz halda, qəbul tarixini seçin, viza müraciətini doldurun, yaddaşda saxlayın və çap edin;
- Müraciət edənlərin sayı ayrılan yerlərdən çox olduqda, qəbul üçün tarixlərin təyin edilməsi təsadüfü elektron seçilmə yolu ilə həyata keçiriləcək,
- Müraciəti doldurmaq üçün tələb olunan məlumatlar, təsdiqlər və linklər avtomatik olaraq qeyd etdiyiniz elektron ünvana elektron poçtla göndərilir.
Viza müraciəti üçün qəbul tarixləri hər şənbə günü e-konsulat sistemi vasitəsi ilə müəyyən edilir. Konsulluq əməkdaşlarının qəbul tarixlərinin verilməsi prosesinə müdaxilə etmələri mümkünsüzdür.
Təsadüfü elektron seçilmədən sonra nəticələr haqqında məlumatlar alacaqsınız:
- Müraciətiniz qeydiyyata alındığı halda qəbulun tarixi haqqında məlumat alacaqsınız,
- Müraciətiniz həmin mərhələdə mövcud olan qəbul üçün təqdim edilmiş yerlərə qeydiyyata alınmadığı halda, müraciətiniz növbəti elektron təsadüfi seçmə mərhələsinə keçir.
- Изменеия в правилах регистрации приема в консультво и отделе поолнии вступают с 25 октября 2021 года. Для подачи визовых документов запишитесь в системе e-konsulat (https://secure2.e-konsulat.gov.pl/).
RUS
Изменеия в правилах регистрации приема в консультво и отделе поолнии вступают с 25 октября 2021 года. Для подачи визовых документов запишитесь в системе e-konsulat (https://secure2.e-konsulat.gov.pl/).
Помните, что заявление на визу следует подать не позднее, чем за две недели до планируемого отъезда.
ВНИМАНИЕ – При регистрации укажите полные и достоверные данные, содержащиеся в представленных документах. Данные введённые в заявление, должны соответствовать данным, содержащимся в имеющихся документах (обратите внимание на орфографию).
Лиц, заинтересованных в получении национальной визы с целью работы, просим записываться на приём только в системе e-konsulat.
В целях получения даты и времени приёма для подачи заявления на национальную рабочую визу следует:
- Войти на страницу https://secure2.e-konsulat.gov.pl/
- Во вкладке МЕНЮ выберите опцию «Национальная виза – зарегистрируйте форму», а затем выберите цель визы, на которую подаёте заявку - рабочую визу или другая цель, и принимаете ли вы правила подачи заявления:
- Если вы выберете «Национальная виза – работа», заполните предварительное заявление, содержащее ваши основные данные, также данные документа разрешающие вам работать на территории Польши. Вы получите электронное письмо со ссылкой для заполнения полного заявления на получение визы, если введённые данные верны. Для полного заполнения заявления заявителю дается 48 часов. Заполните заявления, сохраните его и распечатайте. Если во время проверки окажется, что данные введенные данные неверны или заявление не заполнено полностью в течение выделенных 48 часов, регистрация будет аннулирована;
- Если выберите «Национальная виза – другое», выберите дату вашего визита, заполните заявление на визу, сохраните его и распечатайте;
- В случае, если заявителей больше выделенных мест, назначение даты приема будет производится путем жеребьевки,
- Информация, подтверждения и ссылки для заполнения заявления будут автоматически отправляться по электронной почте на указанный вами электронной адрес.
Даты приёма визовых заявлений назначаются системой e-konsulat каждую субботу. Сотрудницы консульских учреждений не имеют возможности вмешиваться в процесс жеребьевки, с помощью которого будет назначена дата визита.
После жеребьевки вы получите информацию о его итогах:
- Если по итогам жеребьевки ваша заявка была выбрана, вы получаете информацию о дате визита,
- Если по итогам жеребьевки ваша заявка не была выбрана в данном лимите предоставленных мест, то она переходит к следующей жеребьевке.