In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Lənkəranda Polşa memarlığının şahəsərlərindən bəhs edən sərginin açılışı

10.03.2023

10 mart 2023-cü il tarixində Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Lənkəran Dövlət Universitetinin Rektoru prof. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində “Polşa memarlığının şahəsərləri” adlı fotosərgini açmışlar.

Lənkəranda Polşa memarlığının şahəsərlərindən bəhs edən sərginin açılışı (10 mart 2023-cü il)

Sərgidə Polşa memarlığının ən görkəmli və tanınmış nümunələri təqdim olunub. Sərgi Polşanın Azərbaycandakı diplomatik nümayəndəliyinin himayəsi ilə hazırlanıb (2022-ci ilin dekabrında sərgi Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdim olunub). Layihənin məqsədi Polşa memarlığının ən görkəmli və tanınmış nümunələrini təqdim etmək idi. Sərgi zamanı təqdim olunan tarixi abidələrin fotolarını Polşada yaşayan azərbaycanlı fotoqraf - Cəmşid Mustafayev çəkib, sərginin kuratoru isə Azərbaycanın tanınmış incəsənət kuratoru və fotoqrafı Aydın Sadıxov idi.

Sərginin açılışında Lənkəran Dövlət Universitetinin rəhbərliyi, adıçəkilən universitetin müəllim və tələbələri, həmçinin Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri iştirak ediblər.

Sərginin açılışı ilə bağlı Rektor Natiq İbrahimov və Polşa Respublikasının Səfiri Rafal Poborski çıxış ediblər. Rektor çıxışında Polşanın Avropadakı mühüm roluna və Polşa-Azərbaycan əlaqələrinin çoxəsrlik tarixinə diqqət çəkib. O, həmçinin Polyakların Azərbaycan üçün xidmətlərini (o cümlədən XIX-XX əsrlərdə Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə vermiş soydaşlarımızı) xatırladıb. Polşa Respublikası Səfirinin çıxışında İkinci Dünya Müharibəsi illərində Polşada memarlıq irsinin Almanlar tərəfindən məhv edilməsi məsələsi qaldırılıb. Səfir Polşalı memarların və abidə konservatorlarının abidələrin yenidən qurulması ilə bağlı təcrübələrini Azərbaycanla bölüşmək imkanlarına da diqqət çəkib.

"Polşa memarlığının şahəsərləri" adlı sərgi Lənkəranda cari il martın 17-dək qonaqlar üçün açıq olub.

Zdjęcia (4)

{"register":{"columns":[]}}