Milli Müstəqillik Günü
11.11.2020
102 il əvvəl, 11 noyabr 1918-ci ildə Polşa müstəqilliyini bərpa etdi. Magdeburg qalasından azad edilən Józef Piłsudski (Yuzef Pilsudski), üç günlük mülki hakimiyyətdən sonra hərbi gücünü Tənzimləmə Şurasından aldı və nəhayət "Polşa Ordusunun Baş Komandanı olaraq [...] bitərəf həmçinin döyüşən hökumətlərə və millətlərə" dünya xəritəsinə "Polşanın Yenidən Bərpasını və Müstəqil Respublikanın" geri dönməsini bildirdi. 123 il sonra Polşa beynəlxalq aləmdə öz subyektivliyini bərpa edərək suveren bir dövlət halına gəldi.
Beş nəsil qiyamlarda vuruşdu, Polşa ruhunu qorudu, Almanlaşma və Ruslaşdırmaya müqavimət göstərdi ki, 1918-ci ilin noyabrında Polyaklar azadlıqdan sevinə bilsinlər. Józef Piłsudski, Roman Dmowski, Ignacy Jan Paderewski, General Józef Haller, Ignacy Daszyński, Wincenty Witos və Wojciech Korfanty Müstəqilliyin ataları sayılan dövlət xadimləridir. Müxtəlif siyasi mənşəli insanlar idi, lakin 1918-ci ildə ortaq məqsədləri öz ölkələrini Polyaklar tərəfindən bərpa etmək idi.
Bu xüsusi anın atmosferini o vaxtkı Baş-nazir Jędrzej Moraczewski (Yendjey Moraçevski) təsvir etmişdi: “Polşa əhalisini o anda bürümüş bu sərxoşluğu, bu sevinc hissini çatdırmaq mümkün deyil. Sərhədlər 120 ildən sonra qırıldı. Azadlıq! Müstəqillik! Birlik! Öz Dövlətimiz! Əbədi! Xaos? Bu heç bir şey deyil. Yaxşı olacaq. […] Kim bu qısa günləri yaşamadısa, o anlarda bütün xalqla birlikdə sevincindən dəli olmayıbsa, həyatındakı ən böyük sevinci yaşamayacaq”.
102 il əvvəl Polşanın İstiqlal və Azadlığı bərpa etdiyi tarixi günün xatirəsi, Vətənimiz Polşanın xeyrinə fəaliyyət göstərməyimiz üçün ilham mənbəyi olaraq qalır.