Milli Vizaya (D tipli) müraciət etmək üçün qeydiyyatda dəyişikliklər
18.02.2020
Polşa Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq və Polşa Diaspor Şöbəsi, Azərbaycan və Türkmənistan vətəndaşlarının gözlədiklərini nəzərə alaraq, Polşada işləmək və ya təhsil almaq məqsədi ilə milli vizaya viza müraciətlərini təqdim etmək üçün qeydiyyat yolunda dəyişikliklər elan edir!
19.02.2020-ci il tarixindən etibarən, e-konsulat sistemində milli viza üçün qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün baku.wkp.rejestracja@msz.gov.pl email ünvanına müraciət edə bilərlər.
Göndərilən e-mail müraciətləri aşağıdakı məlumatları əks etdirməlidirlər:
- ad və soyad
- əlaqə telefonu
- İşləmək məqsədi ilə gedənlər üçün:
İş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz!)
- Təhsil almaq məqsədi ilə gedənlər üçün:
bir əcnəbi vətəndaşın təhsil almasına / təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə)
Konsulluq və Polşa Diaspor Şöbəsi:
- Yuxarıdakı meyarlara cavab verməyən yazışmalar baxılmayacaq və cavablandırılmayacaq;
- bir e-mail bir nəfər üçün
(eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq)
- vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu/müraciətlərə cavab verilməyəcək
- anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir
Gün təyin olunduğu haqqda e-mail aldıqdan sonra bunları etmək lazımdır:
- https://secure2.e-konsulat.gov.pl daxil olmaq
- MENU seçimində „Milli viza – Blankı doldurmaq” seçmək lazımdı
- Viza müraciətini (anketi) doldurmaq, çap eləmək və imzalamaq.
Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, viza müraciətinin qəbul edilməsi və baxılması məsələsində, heç bir vasitəçi təşkilatlar və viza prosedurlarında iştirak etməyən şəxslər ilə əməkdaşlıq etmir.
Qeydiyyat pulsuzdur.
Görüşün planlaşdırılan tarixi ilə əlaqəli cavabı gözləyərək sizdən anlayışlı və səbirli olmağınızı xahiş edirik. Cavablar, qəbul edilən müraciətlərin sayına və mövcud yerlərə görə ən qısa müddətdə veriləcəkdir.