Naxçıvana “Aİ-Azərbaycan Biznes Missiyası”
04.11.2022
Bu il noyabrın 3-4-də Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqı-Azərbaycan Biznes Missiyasında iştirak etdi.
Missiya iştirakçıları Muxtar Respublikanın hakimiyyət qurumlarının nümayəndələri ilə görüşdülər: Ali Məclisin Sədri Vasif Talıbov, NMR-nın İqtisadiyyat Naziri Tapdıq Əliyev və NMR-nın Dövlət Energetika Xidmətinin Rəisi Natiq Paşayev ilə görüşüblər. Onlar Günəş Elektrik Stansiyasını, Naxçıvan Dövlət Universitetini ziyarət etdilər və Biznes Mərkəzində təşkil edilən konfransa qatıldılar.
Polşa biznesini bir sıra B2B və B2G görüşləri keçirən APS Energia SA nümayəndələri təmsil ediblər.
Səfər həm Polşa həm də Aİ və Naxçıvan arasında əməkdaşlıq potensialını təsdiqlədi.
Missiyanın təşkilatçıları: Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi, COWI, AFchamber, Itazercom, InvestBaku.