In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Nazir müavini Marek Pravdanın Bakıya səfəri

05.06.2024

Polşa-Azərbaycan siyasi məsləhətləşmələri.

Nazir müavini Marek Pravdanın Bakıya səfəri (Polşa-Azərbaycan siyasi məsləhətləşmələri)

Bu il 5 iyun Polşa-Azərbaycan siyasi məsləhətləşmələri çərçivəsində Polşa Respublikası Xarici İşlər Nazirinin Müavini Marek Pravda Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Müavini Fariz Rzayevlə danışıqlar apardı. Vitse-nazir M. Pravda Azərbaycan Respublikası Prezidentinin beynəlxalq məsələlər üzrə Müşaviri Hikmət Hacıyevlə də görüşüb və Xarici İşlər Naziri Ceyhun Bayramov tərəfindən qəbul edilib. 

İkitərəfli siyasi və iqtisadi əlaqələrin, əməkdaşlığın intensivləşdirilməsi imkanları və perspektivləri müzakirə olunub, həm çoxtərəfli formatda, həm də Şərq Tərəfdaşlığı çərçivəsində. Bundan əlavə, Avropa İttifaqının Azərbaycanla əlaqələri və Polşanın Avropa İttifaqı Şurasına yaxınlaşan Sədrliyi ilə bağlı məsələlər müzakirə edilib. Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə olunub. Nazir müavini Marek Pravda Polşanın Azərbaycan və Ermənistan arasında sülh prosesinə və regionda sabitliyin yaradılmasına dair dəstəyini bildirib.

Nazir müavini M. Pravda Şəhidlər Xiyabanında Əbədi Məşəl önünə də gül dəstələri qoyub.

Zdjęcia (5)

{"register":{"columns":[]}}