Polşa ADA Universitetində keçirilən "Beynəlxalq Gün"-də iştirak etdi
07.06.2024
7 iyun 2024-cü ildə Polşa Respublikasının Bakıdakı Səfirliyi ADA Universitetinin təşkil etdiyi Beynəlxalq Gün Festivalında iştirak etmişdir.
Polşa Respublikasının Bakıdakı Səfirliyi mədəniyyətlərin və dillərin müxtəlifliyini təqdim etmək məqsədi daşıyan Beynəlxalq Gündə - ADA Universitetinin Bakıda təşkil etdiyi tanıtım və mədəni tədbirində iştirak etdi. Beynəlxalq Gündə Polşa Səfirliyindən əlavə, 39 ölkəni və 1 beynəlxalq təşkilatı (Aİ) təmsil edən 40 stend hazırlanmışdır. Tədbirdə Səfir Rafal Poborski və Səfirliyin əməkdaşları iştirak etdilər. Tədbirdə əsasən ADA Universitetinin tələbələri, məzunları və professor-müəllim heyəti iştirak etdi. Universitetdən dəvət olunmuş qonaqlar da var idi.
Polşa Respublikasının Səfirliyi Polşanın tanıtım stendini təqdim etdi, burada qonaqlar Polşa tarixi və mədəniyyətinə dair kitablar və broşurlar, həmçinin Polşa-Azərbaycan münasibətlərinə dair materiallar, o cümlədən: Azərbaycanda neft-qaz sənayesinin inkişafında fərqlənmiş polşalı geoloq və ixtiraçı Vitold Zqlenitskinin (1850-1904) həyat və nailiyyətlərindən bəhs edən, bu yaxınlarda Səfirliyimiz tərəfindən nəşr olunmuş kitablar verildi. Polşa stendində həmçinin Polşa universitetlərinin: Yaqellon Universiteti, Qdansk Universiteti, Sileziya Texnologiya Universiteti və Krakov Texnologiya Universitetinin təhsil təklifi ilə bağlı materialları paylanmışdır. Polşa Respublikasına təhsil məqsədi ilə getmək istəyən şəxslər Polşa ali təhsil sistemi və viza məsələləri ilə bağlı suallarını vermək imkanı əldə etdilər. Polşa stendində polyak şirniyyatları da təklif olundu. Polşanın təbliği çərçivəsində Beynəlxalq Gün ərzində Səfirliyin sponsorluğu ilə hədiyyəli Polşa haqqında bilik yarışması keçirilmişdir.