Polşa AITF 2023 turizm sərgisində
06.04.2023
4-6 aprel 2023-cü il tarixlərində Bakıda Polşanın da turizm potensialının təqdim olunduğu AITF 2023 Beynəlxalq Turizm Sərgisi keçirilib.
Polşanın Milli Stendi Polşa Turizm Təşkilatı tərəfindən və Polşa Turizm Palatası, həmçinin Polşa Respublikasının Bakıdakı Səfirliyi ilə birgə hazırlanmışdır.
Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborskinin baş çəkdiyi Polşa pavilyonu, yerli turizm təşkilatları və şirkətləri tərəfindən çox maraqla qarşılandı, Polşa ilə Azərbaycan arasında əməkdaşlıq və turizmin inkişafı ilə bağlı bir sıra danışıqlar aparılmışdır.