Polşa-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci İclası
17.02.2023
Bu il fevralın 16-17-də Bakıda Polşa-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci İclası keçirildi.
Bu il fevralın 16-17-də Bakıda Polşa Respublikasının İqtisadi İnkişaf və Texnologiyalar Nazirinin Müavini Qjeqoj Pexovyakın başçılıq etdiyi, Polşa Respublikasının Xarici İşlər Nazirinin Müavini Voyçex Qervel və Milli İnkişaf Bankının rəhbərliyinin, Polşa İnvestisiya və Ticarət Agentliyi, Müəssisələrin İnkişafı üzrə Agentliyi, Kənd Təsərrüfatına Milli Dəstək Mərkəzinin, Baş Baytarlıq Müfəttişliyinin, Valbjıx Xüsusi İqtisadi Zonasının və Qdansk Limanının nümayəndələrinin iştirakı ilə səfər baş tutmuşdur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov ilə birlikdə Nazir Müavini Qjeqoj Pexovyak İqtisadi Əməkdaşlıq üzrə Polşa-Azərbaycan Hökumətlərarası Komissiyasının 8-ci İclasına həmsədrlik etdilər.
Polşa nümayəndə heyəti Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, Energetika Nazirinin Müavini Samir Vəliyevlə də danışıqlar aparmışdır. Bundan əlavə, Polşa Respublikası Xarici İşlər Nazirinin Müavini Voyçex Qervel Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Müavini Xələf Xələfov ilə görüşüb.
Bütün görüşlər Polşa ilə Azərbaycan arasında çoxşaxəli iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud böyük potensial və iradəni təsdiqlədi və qarşıdakı dövr üçün görüşlərin təqvimini müəyyən etdi.