Polşa-Azərbaycan tvinninq proqramının uğuru
18.03.2020
11 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi ilə bağlı iki illik layihənin yekunlarına həsr olunmuş konfrans keçirildi. Polşa Respublikasının Bakıdakı Səfiri Cənab R. Poborski iştirakçıları uğurları münasibətilə təbrik etdi və hər iki ölkənin nəzarət orqanlarının bir-biri ilə fəal əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.
Layihə müddətində Polşa Respublikası Ali Audit Palatasının işçiləri Azərbaycan dövlət məmurlarına dövlət sektoru subyektlərinin səmərəliliyini artırmaq üçün müasir nəzarət və audit metodlarını öyrətmişlər. Layihənin vacib bir elementi də Polşa Respublikası Ali Audit Palatasının təcrübəsini cəmiyyətdə və dövlət idarəetmə nümayəndələri arasında audit qurumlarının fəaliyyətinin tanınmasının artırılması ilə əlaqələndirilməsi oldu.
İki illik layihənin dəyəri 1.4 milyon AVRO və tamamilə Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. Polşa Respublikasının AAP layihə çərçivəsində, Bakıya Polşa və Azərbaycan mütəxəssislərinin əməkdaşlığını əlaqələndirən bir mütəxəssis göndərmişdir. Varşava və Bakıda Azərbaycanlı auditorlar üçün onlarla təlim də təşkil edilmişdir.
Proqramın həyata keçirilməsi həm yerli tərəfdaşlar, həm də AB-nin Bakıdakı Nümayəndəliyi tərəfindən yüksək qiymətləndirilmişdir.