In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Polşa diplomatiyasının Başçısının Bakıya səfəri

31.03.2022

Cümə axşamı, martın 31-də Zbiqnev Rau ATƏT-in fəaliyyətdə olan Sədri kimi Azərbaycana rəsmi səfər etmişdir.

Mətbuat konfransı

Azərbaycanın paytaxtında Nazir Prezident İlham Əliyev və AR Xarici İşlər Naziri Ceyhun Bayramovla görüşüb. Siyasətçilər arasında aparılan danışıqlarda ATƏT-in vasitəçilik səylərinə dəstəyi, o cümlədən Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə mübahisəli məsələlərin uzunmüddətli və sülh yolu ilə həllinin tapılması müzakirə olunub. "Təşkilat ATƏT məkanında böhran və münaqişə vəziyyətlərinin həlli yollarının axtarılması üçün platforma olaraq qalır, ATƏT Yerevan və Bakı arasında sülh prosesinə köməklik edə bilər", - nazir bildirib. “Ümid edirik ki, xüsusilə də hərbi əsirlərin azad edilməsi, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi, minalardan təmizləmə, eləcə də tarixi və mədəni obyektlərin mühafizəsi kimi təcili humanitar məsələlərdə irəliləyiş əldə oluna bilər”.

Polşa Xarici İşlər Nazirliyinin başçısı vurğulamışdır ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycanın itkin düşmüş şəxslərin probleminə verdiyi prioritetdən yaxşı xəbərdardır. O, həmçinin piyada əleyhinə minaların törətdiyi ölümlərdən təəssüfləndiyini bildirib: "Bu səfər zamanı mən münaqişədən zərər çəkmiş insanların vəziyyətinə diqqət çəkmək niyyətindəyəm", - Polşa Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb. Nazir Rau Rusiyanın Ukraynaya təcavüzünün regionda təhlükəsizlik vəziyyətinə dair təsirinə diqqət çəkib. O, müharibənin Cənubi Qafqaz da daxil olmaqla bütün ATƏT məkanına təsir etdiyini və bunun Polşanın ATƏT-ə sədrliyinin prioritetlərinə və gündəliyinə, təşkilatın fəaliyyətinə təsir etdiyini vurğulayıb. Nazir həmçinin ATƏT Sədrinin şəxsi nümayəndəsi, Səfir Andjey Kaspşıkın regionda sülh prosesində rolunu xüsusi vurğulayıb. “Onun işi şəffaflığın təşviqi, etimadın yaradılması, habelə humanitar yardımın və münaqişədən sonrakı digər səylərin asanlaşdırılması ilə dəyər əlavə edə bilər” - deyə bildirmişdir.

Azərbaycana səfər Nazir Rau-nun Cənubi Qafqaza səfərinin ikinci mərhələsi idi. Əvvəlcə ATƏT Sədri Gürcüstana səfər edib. Növbəti dayanacaq Ermənistan olacaq. Polşanın 2022-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına Sədrliyi ilə bağlı ətraflı məlumatı ATƏT-in saytından əldə etmək olar: https://www.osce.org/chairmanship.

Zdjęcia (2)

{"register":{"columns":[]}}