In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi

21.02.2022

Coğrafi məsafənin böyük olmasına baxmayaraq, Polşa və Azərbaycan bir-birinə çox yaxındırlar. Polyaklar əsrlər boyu Azərbaycanın tarixinə töhfələr vermiş, sənayesinin və mədəniyyətinin inkişafında yaddaqalan iz qoymuş, hətta onun müdafiəsi üçün canlarından belə keçmişlər.

Spotkanie prezydentów

Polşa Respublikası Azərbaycan Xalq Cümhuriyyəti ilə ilk dəfə 1920-ci ilin fevralında rəsmi diplomatik əlaqələr qurub. Təəssüf ki, AXC-nin süqutu o demək idi ki, yalnız kommunist düşərgəsinin və Sovet İttifaqının süqutu 1990-cı illərdə suveren dövlətlər olan Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında arasında münasibətlərin yenilənməsinə imkan verəcək.

Polşa Respublikası Hökuməti 27 dekabr 1991-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi tanıdı və onunla dövlətlərarası münasibətlər qurmağa hazır olduğunu bildirdi. Bir ay belə keçməmiş, 1992-ci il yanvarın 24-də Polşa Respublikasının Xarici İşlər Naziri Kşıştof Skubişevski (Krzysztof Skubiszewski) həmin dövrdə Azərbaycan diplomatiyasının rəhbəri Hüseynağa Sadıqova müvafiq nota göndərdi. Cavab  notası 1992-ci il fevralın 21-də alındı  və bu tarix ölkələrimiz arasında diplomatik münasibətlərin yeniləndiyi tarixi hesab olunur. 1998-ci ildə Bakıda Polşa Respublikasının Səfirliyi, 2004-cü ildə isə Azərbaycan Respublikasının Varşavadakı Səfirliyi fəaliyyətə başlayıb. Bu tarixi hadisələr ölkələrimiz arasında hərtərəfli əlaqələrin yenidən qurulmasına təkan verdi.

Azərbaycanla ən yüksək səviyyədə siyasi əlaqələrin müntəzəmliyi əsasən mərhum prezident Lex Kaçinskinin prezidentliyi dövrünə təsadüf edir. 2015-ci ildə Andjey Duda Polşa Respublikasının Prezidenti olduğu vaxtdan etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki dəfə Polşada (2015-ci il - NATO Sammiti, 2017-ci ildə - işgüzar səfər), Polşa Prezidenti isə 2019-cu ildə Azərbaycanda rəsmi səfərdəetmişdir.

2017-ci ildə Prezident İlham Əliyevin Varşavaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında birgə Bəyannamə” imzalanmışdır. Bəyannamədə xarici işlər nazirlərinin müavinlərinin rəhbərliyi ilə strateji dialoqun qurulması, beynəlxalq forum çərçivəsində əməkdaşlığın gücləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi (o cümlədən əməkdaşlığın ən perspektivli istiqamətlərinin dəqiqləşdirilməsi), müdafiə, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq şərtləri müəyyən edilir .

Öz növbəsində, 2019-cu ilin may ayında Polşa Respublikasının Prezidenti Andjey Dudanın Bakıya səfəri zamanı enerji sahəsində əməkdaşlıq üzrə danışıqlarla yanaşı, Polşa və Azərbaycan liderləri Bakının mərkəzində yerləşən  XIX əsrin sonunda və XX əsrin əvvəlində Bakının ən gözəl binalarının layihəsinin müəllifi olmuş polyak memarların xatirəsinə həsr olunmuş lövhənin rəsmi açılışını etmişlər.

Bakıda yaşayıb yaratmış polyak memarların qoyub getdikləri irs Polşa-Azərbaycan əməkdaşlığının bir çox sahələrdə (tarix, mədəniyyət, turizm və s.) inkişafı üçün yaxşı zəmindir , bunun ən yaxşı nümunəsi  Polşa Respublikasının Bakıdakı Səfirliyinin azərbaycanlı tərəfdaşları ilə birgə həyata keçirdiyi layihələrin bu yaxınlardakı təqdimatıdır (hadisə haqqında məlumat).

Bu gün, 2022-ci il fevralın 21-də Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından otuz il ötür. Məhz bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun Varşavada polşalı həmkarı, Nazir müavini Marçin Pşıdaç (Marcin Przydacz) ilə siyasi məsləhətləşmələr aparması da çox simvolikdir. Bu səfər ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və hər iki ölkənin diplomatiyasının prezidentlər Andjey Duda və İlham Əliyevin müəyyən etdiyi istiqamətə uyğun getdiyini təsdiqləyir.

Polşa Azərbaycanı beynəlxalq hüququn fundamental prinsiplərinə riayət edən və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi əsasında münasibətlərini inkişaf etdirdiyi mühüm tərəfdaş kimi tanıyır.

Varşava həmçinin Bakının NATO və Aİ ilə əlaqələrinin inkişafının, o cümlədən Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakının tərəfdarıdır.

İqtisadi əməkdaşlığın, xüsusilə də 2021-ci ildə dəyəri 100 milyon ABŞ dollarını ötmüş ikitərəfli ticarət dövriyyəsində sabit artımını müşahidə etməkdən məmnunuq. Lakin biz hesab edirik ki, bu rəqəm bizim məqsədlərimizə və hər iki ölkənin iqtisadiyyatının potensialına uyğun gəlmir. Məhz buna görə də Azərbaycan tərəfi ilə birlikdə biz iqtisadi dövriyyənin artırılması üzərində işləyirik - bu il Polşa-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının bu sahədə konkret həll yollarını təklif edəcək növbəti iclası planlaşdırılır. Biz həmçinin Azərbaycanla çoxtərəfli formatlarda əməkdaşlığı inkişaf etdiririk, məsələn, Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə Vışeqrad proqramına V4-Azerbaijan Tech Bridge strat verilir, Proqram çərçivəsində Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan tərəfdaşlardan ibarət konsorsium bir tərəfdən azərbaycanlı startaplar və innovatorlar, digər tərəfdən isə Vışeqrad Qrupunun investorları və investisiya layihələrini maliyyələşdirən kommunikasiya platformasının əməkdaşlığını nəzərdə tutur.

Siyasi, mədəni və iqtisadi əməkdaşlıqla yanaşı, Polşa və Azərbaycan cəmiyyətləri arasında əlaqələr də yaxşı inkişaf edir. Bu gün bir çox Azərbaycanlı Polşada təhsil alır və işləyir, bir növ ölkələrimiz arasında canlı körpü yaradırlar. Polşa universitetlərində təxminən 1,5 min tələbə təhsil alır, bu rəqəm son illərdə 5 dəfə artıb. Təkcə ötən il Polşa Respublikasının Bakıdakı Səfirliyi Polşaya təhsil məqsədi ilə gedən şəxslərə 1200-dən çox, iş üçün müraciət edənlərə isə 1300-dən çox viza verib.

Bütün bunlar bizə ikitərəfli münasibətlərimizin növbəti onilliklərinə, gələcəyə nikbinliklə baxmağa, Polşa və Azərbaycanı ənənəvi olaraq birləşdirən dostluq mesajını gələcək nəsillərə ötürməyə imkan verir.

{"register":{"columns":[]}}