“Polşa memarlığının şah əsərləri” adlı sərgi
20.12.2022
Bakıda Polşa memarlığının şah əsərlərinin təqdim olunduğu foto sərginin açılışı olub.
20 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində Polşa memarlığının şah əsərlərini azərbaycanlı fotoqraf Cəmşid Mustafayevin gözü ilə görünən fotosərgi keçirilir.
Sərgini Polşa Respublikasının Azərbaycandakı Səfiri Cənab Rafal Poborski və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Rektoru, Xanım Professor Gülçöhrə Məmmədova açıblar.
Tədbirdə diplomatik korpusun, Azərbaycandakı Polşa İcmasının nümayəndələri iştirak etdi, eləcə də sərgi ilə tanış olan alimlər və tələbələr, onlar həmçinin Polşada memarlıq tarixinə dair mühazirəni dinləyiblər.