Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski ilə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizovun görüşü
01.06.2021
Polşanın Azərbaycandakı Səfiri Cənab Rafal Poborski cari ilin 1 iyun tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Eldar Əzizov ilə görüşdü.
Polşa Respublikasının Səfiri Polşa tərəfdaşları ilə Azərbaycanın paytaxtı arasında iqtisadi əməkdaşlıq imkanlarını təqdim edərək, onların inkişafı üçün böyük və hələ istifadə olunmayan potensial barədə söz açdı. Səfir həmçinin Polşa ilə Azərbaycan arasında turizmi inkişaf etdirmək üçün şəhərdə mövcud olan zəngin Polşa memarlıq irsindən istifadə etmək imkanı, dinamik inkişaf edən Azərbaycan inşaat sektorunda müasir Polşa texnologiyalarından istifadə etmək imkanını vurğuladı. Bakının meri, şəhərin Polşa ilə konkret təkliflər əsasında əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğuladı.