Polşa Respublikasının Azərbaycandakı Səfirinin Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşü
08.10.2021
Oktyabrın 5-də, çərşənbə axşamı Polşa Respublikasının Bakıdakı Səfiri Cənab Rafal Poborski Azərbaycan Respublikası Milli Məclisinin Sədri Xanım Sahibə Qafarova ilə görüşdü.
Söhbət parlamentlərarası əməkdaşlıqdan və ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətindən getdi. Xanım Sədr 44 günlük Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycandakı vəziyyəti qiymətləndirdi və Polşanı azad olunan ərazilərin bərpasında iştirak etməyə dəvət etdi.
Milli Məclisin Sədri Polşa ilə Azərbaycanın uzun illər dostluq münasibətləri ilə bağlandığını vurğuladı və mədəni, iqtisadi əməkdaşlığın intensivləşəcəyinə ümid etdiyini bildirdi. "Ölkələrimizin sakinləri arasında qarşılıqlı təmasların olması xüsusilə vacibdir" - deyə Xanım S. Qafarova vurğuladı.
Xanım Sahibə Qafarova, Səfir Rafal Poborskiyə PR Senatın Sədri Cənab Tomasz Grodzki və Polşa-Azərbaycan Parlamentlərarası Qrupunun üzvlərini Azərbaycana səfər etməyə dəvət etdi.
Fotolar: Azərbaycan Respublikası Milli Məclisinin icazəsi ilə.