Polşa Respublikasının Bakıdakı Səfirinin Azərbaycan Respublikasının Baş Prokuroru ilə görüşü.
22.01.2021
18 yanvar 2021-ci ildə Səfir Rafal Poborski Baş Prokuror Kamran Əliyevlə görüşdü.
Azərbaycan Respublikasının Baş Prokuroru ilə görüş Polşa və Azərbaycan prokurorluqlarının əməkdaşlığı, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Polşanın təcrübələrini müzakirə etməyə həsr olunmuşdu. Polşa təcrübəsi əsasında Azərbaycan prokurorları və müstəntiqlərinin ixtisaslarının artırılması imkanları müzakirə edildi. Avropanın dəstək və əməkdaşlıq mexanizmlərindən istifadə məsələsi də müzakirə edildi.
Azərbaycan tərəfi korrupsiyaya qarşı mübarizədə Polşanın həll yollarını alqışladı və mövcud münasibətləri yüksək qiymətləndirdi.
Şəkillər: Azərbaycan Respublikasının Baş Prokurorluğu