Polşa Respublikasının Bakıdakı Səfirliyi EUNIC Azerbaijan klasterinin üzvüdür
19.02.2021
18 fevral 2021-ci ildə Polşa Respublikasının Bakıdakı Səfirliyi Azərbaycandakı yerli EUNIC klasterinə qoşuldu.
Bu il klaster üzvlərinin ilk iclasında Polşa Respublikasının Azərbaycandakı Səfiri Cənab Rafal Poborski Əsasnamə Sənədini (klaster kartı) imzaladı. Macarıstan Səfirliyində keçirilən görüşdə, önümüzdəki aylar üçün klaster fəaliyyət planları da müzakirə edildi.
EUNIC dərnəyi (European Union National Institutes for Culture) ictimai və mədəni diplomatiya sahəsində fəaliyyət göstərən Avropa Birliyi ölkələrinin milli mədəniyyət institutları və digər milli qurumlarının şəbəkəsidir. Şəbəkə, Birlik daxilində və xaricində Avropa mədəniyyət siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində AB-nin tərəfdaşıdır. 90-dan çox ölkədə fəaliyyət göstərən 36 üzvü var. Hər bir AB üzv-dövləti xaricdə mədəni və əlaqəli fəaliyyət göstərən təşkilatlarla təmsil olunur.
EUNIC-in missiyası mədəniyyətlərarası dialoqu təşviq etmək və həm Avropa, həm də qlobal səviyyədə AB üzv-dövlətlərinin siyasətində və xarici əlaqələrində mədəniyyətin rolunu gücləndirməkdir. EUNIC qrupları bu missiyanı AB qurumları ilə əməkdaşlıq edərək üçüncü ölkələrdə mədəni layihələr həyata keçirməklə həyata keçirirlər. EUNIC bu gün dünya miqyasında 112 qrupa malikdir, bunlardan 37-si AB daxilindədir.
Yerli EUNIC Azerbaijan klasteri 2020-ci ilin fevralında fəaliyyətə başlamış və hazırda 10 üzvdən ibarətdir (Çex Respublikası, Niderland, Yunanıstan, Litva, Latviya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya Səfirlikləri və British Council).