In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Polşa Respublikasının Səfirliyi Lənkəranda Polşa və Avropa İttifaqını təbliğ etdi

10.06.2023

Polşa Respublikasının Bakıdakı Səfirliyi Aİ və Avropa İttifaqına üzv-dövlətlərin təbliği məqsədi ilə Lənkəranda keçirilən Avropa Günlərində iştirak etmişdir.

Polşa Respublikasının Səfirliyi Lənkəranda Polşa və Avropa İttifaqını təbliğ etdi (9-10.06.2023)

Polşa Respublikasının Bakıdakı Səfirliyi Aİ və Aİ-na üzv-dövlətlərin təbliği məqsədi ilə Lənkəranda keçirilən Avropa Günlərində iştirak etdi. Bu il iyunun 9-da keçirilən tədbir çərçivəsində Polşa Respublikasının Səfiri Rafal Poborski Aİ Nümayəndəliyinin (EUDEL) Rəhbəri Peter Michalko və Aİ ölkələrinin Azərbaycanda akkreditə olunmuş Səfirləri ilə birlikdə Lənkəranın İcra Başçısı Taleh Qaraşov və Lənkəran Dövlət Universitetinin rəhbərliyi ilə görüşlərdə iştirak etdi (danışıqların mövzuları ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri olub). Polşa Səfiri həmçinin Aİ-nin kənd təsərrüfatı sektoru üçün inkişaf fondlarının benefisiarlarından birinin (EU4Lankaran) təsərrüfatına baş çəkib.
 
Bu il iyunun 10-da Səfir Rafal Poborski və Polşanın Bakıdakı Səfirliyinin əməkdaşları Aİ-nın himayəsi altında Lənkəranda (Heydər Əliyev Meydanı) təşkil olunmuş EuroVillage (“Avropa Şəhərciyi”) tanıtım və mədəni layihəsində iştirak ediblər. Polşa Səfiri EuroVillage açılış mərasimində iştirak edib – Azərbaycan tərəfini tədbirdə Azərbaycanın İqtisadiyyat Nazirinin Müavini Sahib Məmmədov və Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov təmsil ediblər. EuroVillage-i həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ziyarət etdi.
 
EuroVillage-in ehtiyacları üçün Polşa Respublikasının Səfirliyi, Polşanın tanıtım stendini hazırladı, burada qonaqlar Polşanın tarixi və mədəniyyətinə dair kitablar və bukletlər əldə etdilər, eləcə də Polşanın turistik yerlərini təbliğ edən materiallar. Stend yaxınlığında, açıq havada görkəmli Polşa qadınlarının həyat və peşə nailiyyətlərindən bəhs edən “Görkəmli Polşa Qadınları” sərgisi də nümayiş etdirildi. Polşa stendində polyak şirniyyatları da təklif olundu. Polşa Respublikasına getməkdə maraqlı olan şəxslər Polşa Respublikasının Konsulu Jakub Piasecki-nin və Polşa Respublikası Səfirliyinin Konsulluq Şöbəsinin əməkdaşına viza məsələləri ilə bağlı sual vermək imkanı malik oldular.
 
Polşa stendində Polşa Respublikasının birgə maliyyələşdirdiyi “Azərbaycanda Yol Hərəkətinin Təhlükəsizliyinin Artırılması” tvinninq layihəsi də təqdim olunub. Polşa stendinin ziyarətçiləri yol hərəkəti qaydaları ilə bağlı müsabiqələrdə iştirak etdilər - mükafatlar yolda piyadaların və velosipedçilərin görmə qabiliyyətini artıran işıq yansıtıcı jiletlər və digər aksesuarlar, həmçinin uşaqlar üçün oyuncaqlar və rəngləmə kitabları idi.
 
Polşa Respublikasının Bakıdakı Səfirliyinin hesablamalarına görə, Eurovilage dəki Polşa stendini bir neçə min insan - əsasən Lənkəran sakinləri ziyarət etdi.

Wideo

Zdjęcia (4)

{"register":{"columns":[]}}