In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Polşa Vişeqrad Qrupuna başçılıq etməyə başlayır.

01.07.2020

İyulun 1-də Polşa 2021-ci il iyunun 30-dək davam edəcək Vişeqrad Qrupunun sədrliyinə başlamışdır. Hazırki Sədrlik "Yolumuza qayıdış" („Back on track”) şüarı altında çalışacaq.

V4_Prezydencja

1 İyul 2020-ci ildə Vişeqrad Qrupunun (V4) illik rotasiyalı Polşa sədrliyi başladı. Bu V4-də Polşanın altıncı sədrliyidir. Polşa sədrliyinin proqramı 30 iyun 2020-ci ildə Nazirlər Şurası tərəfindən qəbul edildi. Polşa sədrliyi "Yolumuza qayıdış" („Back on track”) şüarı altında çalışacaq. Vişeqrad əməkdaşlığı yalnız pandemiyadan sonra bərpa deyil, həm də regional əməkdaşlığa təkan verməyə, onun yaxşılaşdırılmasına və pandemiya məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Qrupun dörd ölkəsinin cəmiyyətləri arasında insanlararası təmasların dəstəklənməsinə yönəldiləcəkdir. Avropa İttifaqı V4-ün fəaliyyəti üçün əsas platforma olaraq qalır. Beləliklə, Polşanın rəhbərliyi altında V4 öz işində cari Avropa gündəliyinə yönəldiləcəkdir.

 

Bu kontekstdə prioritetlərə daxildir Çoxtərəfli Maliyyə Çərçivəsi və Avropa Yenidənqurma Aləti (EİO) danışıqları ilə əlaqədar əməkdaşlıq və koordinasiya. Bundan əlavə, V4, həmçinin diqqətini yönəldəcəkdir rəqəmsal sektorda əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyə, infrastrukturun inkişafı və beynəlxalq gündəmə, misal üçün, Qərbi Balkan ölkələrinin inteqrasiya yönümlü istəklərini dəstəkləmək, habelə Şərq Tərəfdaşlığının inkişafına dair.

 

V4 təşəbbüsləri və Polşa sədrliyi altında fəaliyyət üç yerə bölünəcək:

 

İqtisadiyyat və əlaqə („connectivity”)

Təhlükəsizlik

Cəmiyyət

Bu üç sahədə Polşa Sədrliyi dörd məqsəd qoymuşdur:

 

 

1. Güclü Avropada güclü V4

Məqsəd V4 ölkələrinin AB-də fəaliyyətlərinin əlaqələndirilməsi ilə bağlıdır

 

2. Normala qayıdış

COVID-19 pandemiyası və onun nəticələrinə qarşı mübarizə ilə əlaqəli hədəf

 

3. İnsanlararası əlaqə

V4 ölkələri/cəmiyyətləri arasında V4 daxilində inteqrasiya və birliyin gücləndirilməsi ilə bağlı məqsəd.

 

4. Rəqəmsal V4 - e-V4

Rəqəmsal sektorda V4 əməkdaşlığının inkişafı ilə əlaqəli məqsəd.

 

Mətbuat Sözçüsünün Bürosu

Xarici İşlər Nazirliyi

{"register":{"columns":[]}}