In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Polşalı memarlar ikinci Azərbaycan Milli Şəhərsalma Forumunda

01.10.2023

2023-cü il sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakıda Polşadan olan memarların iştirakı ilə İkinci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.

mem. Tomasz Pniewski (Polşa memarlıq bürosu Kuryłowicz & Associates), Azerbaijan National Urban Forum 2023

Bu il oktyabrın 1-i yaşayış ərazilərinin inkişafı və münaqişədən sonrakı ərazilərin yenidən qurulmasına həsr olunmuş 3 günlük Azerbaijan National Urban Forum başa çatıb. 

Zəngilan və Bakıda keçirilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi tədbirdə Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Polşadan olan təcrübəli ekspertlər iştirak ediblər:

  • mem. Jakub Lewkowicz və mem. Tomasz Pniewski (Polşa memarlıq bürosu Kuryłowicz & Associates),
  • müh. mem. dr. Jerzy Grochulski (Memarlıq Fakültəsi, Varşava Texnologiya Universiteti),
  • fəlsəfə doktoru müh. mem. Dorota Kamrowska-Załuska (Memarlıq Fakültəsi, Qdansk Texnologiya Universiteti).

Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və UN-HABITAT-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə 53 ölkədən 200-ə yaxın ekspert iştirak edib.

Zdjęcia (12)

{"register":{"columns":[]}}