Polşalı memarların "Azərbaycan Milli Şəhərsalma Forumunda" iştirakı
07.10.2022
Bu il oktyabrın 5-6-da Ağdamda və Bakıda ilk dəfə olaraq münaqişədən sonrakı ərazilərin geniş şəkildə yenidən qurulmasına həsr olunmuş Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir. Forumun məqsədi bir tərəfdən Azərbaycanın həyata keçirdiyi mövcud infrastruktur layihələrini beynəlxalq ictimaiyyətə təqdim etmək, digər tərəfdən isə dünyanın müxtəlif ölkələrindən olan ekspertlər, şəhərsalmaçılar və memarlarla müzakirələr aparmaq və təcrübə mübadiləsi aparmaq olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi tədbirdə Polşa Respublikasının Azərbaycandakı Səfiri Rafal Poborski və Polşadan olan təcrübəli ekspertlər iştirak ediblər:
- Polşa Şəhərsalmaçılar Cəmiyyətinin sədri Mem. müh. Dr Tomasz Majda İkinci Dünya Müharibəsindən sonra Varşavanın yenidən qurulması timsalında Polşa təcrübələrini təqdim etdi.
- Polşanın “Kuryłowicz & Associates” memarlıq bürosunu təmsil edən memar Tomasz Pniewski büronun dizaynı və təcrübəsinə əsaslanaraq “15 dəqiqəlik şəhərlərin” yaradılmasının maraqlı konsepsiyasını təqdim etdi.
Tədbirdə 44 ölkədən 130-dan çox ekspert iştirak etdi.
Forum Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və UN-Habitat (BMT-nin Yaşayış Məskənləri Proqramı) tərəfindən təşkil olundu.
Materiały
T. Majda: Azerbaijan Urban Planning Forum helps specialists exchange experienceT. Pniewski: Polşa şirkəti azad olunmuş ərazilərdə yenidənqurma ilə bağlı təkliflər verib