In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Şərq Həmrəyliyi Programı: Azərbaycanda 10 iyun 2020-ci il tarixinə qədər təkliflərin qəbulu başlamışdır

22.05.2020

Beynəlxalq Vişeqrad Fondunun (BVF) Azərbaycan Respublikasındakı Əlaqələndirici Səfirliyi olaraq, Çexiya Respublikasının Səfirliyi BVF-nin V4 Şərq Həmrəyliyi Proqramı çərçivəsində təkliflər qəbulunun başladığını elan etməkdən şərəf duyur. Proqramın məqsədi, COVID-19 pandemiyasının təsirinə məruz qalan Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların həssas qruplarının sağlamlığının, sosial və iqtisadi dayanıqlığının praktiki möhkəmləndirilməsinə yönəlmiş yardım göstərməkdədir.

Visegrad

Azərbaycan Respublikasından olan Benefisiarların, ərizələrini baku@embassy.mzv.cz ya baku.amb.sekretariat@msz.gov.pl elektron poçtuna, Bakı vaxtı ilə 10 iyun 2020-ci il tarixinə kimi göndərə bilərlər. Qeyd olunan tarixdən sonra olunan müraciətlərin nəzərə alınmayacağını nəzərə almağınız xahiş olunur.

“Şərq Tərəfdaşlığı ölkələri üçün V4 Şərq Həmrəyliyi Proqramı” (“Həmrəylik Proqramı”) 8 aprel 2020-ci il tarixində Praqada V4 Xarici İşlər Nazirlərinin verdiyi birgə açıqlamada elan edilən fövqəladə maliyyə dəstəyi sxemidir. Həmrəylik Proqramı Beynəlxalq Vişeqrad Fondu tərəfindən həyata keçiriləcək və COVID-19 pandemiyasının təsirinə məruz qalan Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində vətəndaşların həssas qruplarının sağlamlığını, sosial və iqtisadi dayanıqlığını praktiki olaraq gücləndirmək üçün nəzərdə tutulmuş 250.000 avroya qədər yardım edəcəkdir.

Həmrəylik Proqramının ümumi həcmi 250.000 avrodur ki, bu da hər bir ŞT ölkəsində tək və ya bir neçə hüquqi şəxsə birbaşa Vişeqrad Fondundan köçürüləcəkdir. Həmrəylik Proqramı ən təcili tibbi, texniki, iqtisadi və sosial ehtiyacları əhatə edən və həssaslıq parametrləri nəzərə alınmaqla şərtsiz yardım şəklində maliyyə töhfələri ilə təmin edir. Mümkün olduqda, V4 bölgəsinin pandemiya ilə əlaqəli həll yollarına aid təcrübəsindən (ağıllı/innovative) istifadə edən və ya V4 ölkələri tərəfindən birbaşa maddi dəstək verən layihələrə diqqət yetirilməlidir. Dəstək "V4 dəstəyi" şəklində qurulmalı və mümkün olduqda, xüsusən maliyyələşdirmə imkanı/nəticəsi açıq elan edilərkən, faktla bağlı etiraflar edilməlidir. Vişeqrad Fondunun töhfəsinin açıq şəkildə tanınması hər münasib məqamda vurğulanmalıdır.

Prosedur:

- Qəbuledənlər, Vişeqrad Fondunun hər bir ölkədəki əlaqələndirici səfirliyinin koordinatorluğu ilə hər bir ŞT ölkəsindəki V4 səfirliklərinin komissiyası tərəfindən müəyyən edilərək razılaşdırılmalıdır (Azərbaycan Respublikası olduğu halda, Çexiya Respublikasının Bakıdakı Səfirliyi, bundan sonra “Əlaqələndirici Səfirlik”);

- Yerli ehtiyacları, müvafiq qəbuledənləri müəyyənləşdirərkən və səmərəliliyi təmin etmək üçün, V4 Səfirliklər komissiyası məlumat almaq üçün dövlət və yerli hakimiyyət orqanları və ya yerli təcrübəsi olan digər müvafiq tərəfdaşlarla əlaqə saxlaya bilər;

- Əlaqələndirici Səfirlik seçilmiş qəbuledənlərlə və Vişeqrad Fondu arasında əlaqələndirici rolunu oynamalıdır;

- V4 səfirliklərinin komissiyası toplanmış yerli təcrübələrə əsaslanaraq benefisiarların siyahısı barədə yekdil qərar qəbul etməlidir;

- Vişeqrad Fondu seçilmiş qəbuledənlərlə saziş bağlamaq və onlara maliyyə töhfəsini vermək üçün məsuliyyət daşıyır;

- Layihə fəaliyyətlərinə V4 səfirliklərinin komissiyası tərəfindən nəzarət edilməlidir.

Uyğunluq:

ŞT ölkəsində yeri olan hər hansı bir yerli dövlət və ya özəl hüquqi şəxs (bələdiyyələr, ictimai səhiyyə və sosial qurumlar, tibbi və ya sosial obyektlər, qeyri-hökumət təşkilatları kimi özəl şirkətlər).

Mərkəzi dövlət idarəetmə orqanları (dövlət qurumları, nazirliklər, dövlət tərəfindən maliyyələşdirilən mədəniyyət institutları, dövlət şirkətləri) və fiziki şəxslər uyğun deyildir.

Büdcə və müddəti:

Layihələrin sayı və ölçüsü, ŞT ölkələrində V4 panelinin yekdil qərarının mövzusudur. Layihənin Azərbaycan üçün tövsiyə olunan minimum həcmi 5.000 avro, ən yüksək dəstək məbləği isə 25.000 avrodur. İcra müddətinin dövrü 12 aya qədərdir.

Formatı:

Hər bir layihə, öz təbiətini və məqsədini, EUR (€) qiymətləri ilə büdcə bölgüsünütəşkilatın təfərrüatlarını təsvir edən qısa bir səhifəlik ingilis dilində xülasə olan ərizə formasında (əlavədə baxın) təqdim edilməlidir.

 

Əlaqə məlumatları:

Yırji Sikora, Beynəlxalq Vişeqrad Fondu Bratislava, Slovakiya

+421 259 203 801

sykora@visegradfund.org

Application - AZ (DOC, 84 KB)

{"register":{"columns":[]}}