Səfir Rafal Poborskinin Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşü
09.09.2020
Polşa Respublikasının Azərbaycandakı Səfiri Cənab Rafal Poborski dünən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Cənab Ceyhun Bayramov tərəfindən qəbul edildi. Danışıqlarda Polşa-Azərbaycan ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə edildi.
Cənab Nazir C. Bayramov Cənab Səfirlə ikitərəfli əməkdaşlıq sahələrini müzakirə etdi və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri barədə məlumat verdi. Pandemiyaya qarşı beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayaraq, Polşa tərəfindən COVID-19 ilə mübarizə üçün Azərbaycana göndərilən humanitar yardım üçün təşəkkür etdi.
Polşanın yeni Xarici İşlər Naziri Cənab Zbigniew Rau tərəfindən Azərbaycan diplomatiyasının Rəhbərinə salamlarını çatdıran Səfir R. Poborski, COVID-19 pandemiyası bitdikdən sonrada Polşa və Azərbaycan Xarici İşlər Nazirliyi arasındakı dialoqu davam etdirmək iradəsini vurğuladı.
Foto: Azərbaycan Respublikasının XİN.