In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Smolensk fəlakətinin onuncu ildönümü.

10.04.2020

10 aprel 2010-cu il tarixində Polşa Respublikasının Prezidenti Lex Kaçınski və Polşa Respublikası Prezidentinin Həyat Yoldaşı Maria Kaçınska ilə birlikdə TU-154M xüsusi təyyarəsi Varşavadan Smolensk şəhərinə uçurdu. Həmin gün Katındakı Polşa Hərbi Qəbiristanlığında dövlət nümayəndə heyəti orada törədilən cinayətin 70 illiyinin anım mərasimində iştirak etməli idi. Təyyarədə 96 nəfər var idi, onların arasında ən yüksək dövlət orqanlarının nümayəndələri, ictimai dairələrin və kilsələrin nümayəndələri, ordu başçıları və təyyarə heyəti. Hamısı Smolensk yaxınlığındakı hava limanına enərkən baş verən təyyarə qəzasında dünyalarını dəyişdilər.

fotografia

10 aprel 2010-cu ildə Katın mərasimlərinə gedən nümayəndə heyəti Polşa elitasını, müxtəlif siyasi, ictimai və dini dairələrini təmsil edirdi. Onun tərkibinə Seym və Senatın sədr müavinləri, bir qrup millət vəkilləri, Polşa Respublikası Silahlı Qüvvələrinin bütün növ komandirləri, Prezident Kanselariyasının işçiləri, dövlət qurumlarının rəhbərləri, ruhanilər, nazirliklərin, veteran və ictimai təşkilatların nümayəndələri və müşayiət edən şəxslər daxil idilər. Çağdaş Polşanı elitalar və İkinci Polşa Respublikasının ənənəsi ilə bağlayan şəxs, təyyarədə olanlardan biridə mühacirət dövründəki Polşa Respublikasının son Prezidenti Ryszard Kaczorowski idi.

Smolensk'ə uçuş iştirakçıları Sovet İttifaqının ən yüksək səlahiyyətli orqanlarının əmri ilə 1940-cı ilin yazında NKVD tərəfindən törədilən Katın Meşəsində, Mednoye, Xarkov, Bıkovnya və Kuropatı’da kütləvi edam qurbanlarının xatirəsini yad etmək üçün mərasimə gedirdilər. Katın qırğınında Polşa əsirləri həyatını itirdi: zabitlər, elm adamları, müxtəlif məzhəblərin ruhaniləri, məmurlar və polislər, azad peşə nümayəndələri və sahibkarlar - İkinci Polşa Respublikasının elitası.

Katın qırğını və Smolensk faciəsi Polşa tarixinin faciəli səhifələrinin rəmzi olan iki hadisədir.

TU 154M təyyarəsinin qəzaya uğraması, Prezident Lex Kaçınskinin Katın qırğınının 70 illiyinə hazırladığı nitqinin söyləməməsinə səbəb oldu.

"Gəlin bunu edək" - deyə Prezident o vaxt yazmışdı - Katın yarası nəhayət sağalsın və birləşdirsin".

10 aprel 2010-cu ildə söylənilməyən çağırış bu gün, on il sonra, eyni dərəcədə güclü şəkildə səslənir.

Bu hadisələr milyonlarla Polyakı, eləcə də beynəlxalq ictimai rəyi şoka saldı. Həmin uçuş iştirakçıları həmişə yaddaşımızda yaşayacaqdır.

Aşağıdakılar mərhum Prezident Lex Kaçınskinin söyləyə biləmədiyi Katın nitqidir.  Nitq Polşa Respublikası Prezidentinin Kanselariyasının nəşriyyatındandır  "Polşa Respublikasının Prezidenti Lex Kaçınski 2009-2010. Müsahibələrin Siyahısı. Seçim ”.

{"register":{"columns":[]}}