Tələbə vizaları üçün yeni qeydiyyat qaydaları
13.06.2024
Polşada təhsil almaq məqsədi ilə viza müraciətlərinə böyük maraq olmasından və bərabər, pulsuz konsulluqda təhsil vizalarına qeydiyyatdan keçmək imkanını yaratmaq üçün, nəzərinizə çatdırırıq ki, 1 iyul 2024-cü il tarixindən etibarən viza görüşünə qeydiyyat aşağıdakı qaydada aparılacaqdır: Qeydiyyat və görüş günün təyin olunması üçün heç bir ödəniş tələb olunmur!
- Viza ərizəsini təqdim etmək üçün ümumi qaydaları qəbul edin.
- Vizanın verilməsi üçün ilkin ərizəni daxil edin və yaddaşda saxlayın. Unutmayın ki, viza ərizəsinə daxil etdiyiniz məlumatlar sizdə olan sənədlərdəki məlumatlarla eyni olmalıdır.
- Qeydiyyatda yazdığınız e-mail ünvanınıza ilkin viza ərizəsini təsdiq etmək üçün sorğu alacaqsınız. Bunun üçün 48 saat verilir.
- Ikinci addım növbəti 48 saat ərzində viza ərizənizi tamamlamaqdır. Verilmiş 48 saat ərzində viza ərizəsini tamamlamadığınız təqdirdə, bundan öncə sistemə daxil etdiyiniz məlumatlar silinəcək və qeydiyyatınız ləğv olunacaq.
- Cari Konsulluq üçün tamamalanmış, düz doldurulmuş viza müraciətlərinin sayı mövcud viza görüşlərinin sayından çox olduğu halda, görüş günü tam qeydiyyatı elədiyiniz tarixə uyğun təyin olunacaq. Qeydiyyatın ləğv edilməsi növbədə gözləyən növbəti müraciətçi üçün görüşün təyin olunmasına səbəb olacaq.
- 24.06.2024-cü il tarixindən etibarən hər bazar ertəsi, tam qeydiyyat tarixini nəzərə alaraq görüş günü təyin olunacaq. Müraciətinizdə (viza ərizəsində) qeyd etdiyiniz e-mail ünvanınıza görüş gününün tarixi və ya hələ də növbədə olduğunuz haqqında məlumat göndəriləcəkdir. Görüş günü almayan müraciətlər tarix təyin olunana qədər sistemdə qalacaq.
Unutma!
- viza ərizəsinə daxil etdiyiniz məlumatlar sizdə olan sənədlərdəki məlumatlarla eyni olmalıdır.
- konsulluq departamentinin işçilərinin görüş tarixlərinin təyin edilməsi prosesinə müdaxilə etmək imkanları yoxdur - görüş tarixləri viza ərizəsinin tamamlanmış qeydiyyat vaxtına uyğun olaraq verilir, görüş günün təyin olunması başqa üsulla aparılmayacaq (e-poçt, telefon, və s.).
- qeydiyyatdan keçərkən səfərin müvafiq məqsədini - yəni təhsilin birinci ilini, təhsilin davamını və ya mübadilə proqramında iştirak edəcəyinizi göstərməlisiniz. Səfərin məqsədi səhv müəyyən olunarsa, ərizə qəbul edilməyəcək.
Qeydiyyat və görüş günün təyin olunması üçün heç bir ödəniş tələb olunmur!