In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

V4-Azerbaijan Tech Bridge - proqramın finalı

02.06.2023

Bu cümə günü Bakıda V4-Azerbaijan Tech Bridge proqramının finalı baş tutdu. O, Çexiya, Macarıstan, Polşa, Slovakiya və Azərbaycandan olan çoxsaylı innovasiya ekosistemlərinin liderlərini bir araya gətirərək, onlara Qafqaz və Vışeqrad bazarları arasında faktiki körpü qurmağa imkan verdi.

V4-Azerbaijan Tech Bridge

2 iyun 2023-cü il tarixində Bakıda Polşanın təşəbbüsü ilə 2022-ci ilin əvvəlindən Azərbaycanda həyata keçirilən çoxtərəfli V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramının Böyük Final tədbiri keçirildi. Layihə Çexiya, Macarıstan, Polşa, Slovakiya ("V4" adlanır) və Azərbaycan tərəfdaşlarından ibarət güclü, ilk belə konsorsium qurdu. Layihə Beynəlxalq Vışeqrad Fondu tərəfindən maliyyələşdirilir və bütün V4 ölkələrinin Səfirlikləri tərəfindən dəstəklənir.

V4ATB proqramı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev tədbirin açılışı zamanı vurğulayıb, “Şadıq ki, memorandumun imzalanmasından cəmi yarım il sonra KOBİA və Startup Hub Poland arasında əməkdaşlıq çərçivəsində biz Bakıda yenidən görüşə və Azərbaycanla əlaqələri və tərəfdaşlığı inkişaf etdirməkdə maraqlı olan Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan tərəfdaşları qəbul edə bilirik”.

Açılış mərasimində V4-ün Azərbaycandakı Səfirliklərinin başçılarıda (Macarıstan Səfiri Tamás Torma, Polşa Səfiri Rafal Poborski, Slovakiya Səfiri Milan Lajčiak və Çexiya Səfirinin Müavini Martin Lubojacky) iştirak ediblər, onlar iştirakçıları salamlayıb və 18 aylıq proqramda iştirak edən investorların diqqətini cəlb etmək üçün yarışan azərbaycanlı startaplara uğurlar arzulayıblar. Bütün proqramın təşəbbüskarı olan Polşa Səfirliyinin rəhbəri, Səfir Rafal Poborski əlavə edib ki, “Startaplara investisiyaların sayına görə Avropa liderlərindən biri olan Polşa, əməkdaşlığın dinamikləşdirilməsinə yönəlmiş oxşar layihələrin həyata keçirilməsini davam etdirməkdə maraqlıdır Azərbaycanlı tərəfdaşları ilə”. Slovakiya Səfiri Milan Lajciak bildirib, “Xoşbəxtəm ki, Polşalı həmkarların təşəbbüsü ilə həyata keçirilən “Tech Bridge” layihəsi Slovakiyanın V4-də sədrliyi dövründə uğurla həyata keçirdi. Bu, gənc istedadların potensialından istifadə etmək və V4 ilə Azərbaycan tərəfdaşları arasında yeni əməkdaşlıq imkanlarının açılmasında faydalıdır”. Macarıstanın Səfiri Tamas Torma bildirdi ki, “V4-Azerbaijan Tech Bridge yeni əməkdaşlıq mədəniyyəti, innovasiya ruhu və yeni təkan təqdim edən təzə təşəbbüsdür”. Çexiya Səfirinin Müavini Martin Lubojacky əlavə edib, "innovasiyalar və gənc sahibkarlar, həm də ekspertlər arasında daha sıx əlaqələr V4-ün ənənəvi prioritetidir. Gənclərin innovativ texnologiyalar sahəsində əməkdaşlığa marağı bizə əməkdaşlığın forma və istiqamətini göstərir, gələcək illər üçün əməkdaşlığı biz birlikdə dəstəkləməyə davam edəcəyik”.

Video reportaj:

 

Cümə günü Demo Day'in Polşanın Bakıdakı Səfirliyinin təşəbbüsü ilə 2022-ci ildə Startup Hub Poland Foundation tərəfindən həyata keçirilən V4ATB layihəsinin yekun mərhələsidir. “SHP üçün Azərbaycanın bütün texnoloji və innovativ potensialını daha dərindən araşdırmaq intuitiv addım idi. Son 11 il ərzində təşkilatımız regionumuzu qlobal investorların gözündə daha cəlbedici etmək üçün 16 Mərkəzi-Şərqi Avropa ölkələrindən və Vışeqrad Qrupunun dörd AB-nə üzv-dövlətindən olan təsisçilərə və investorlara dəstək verir” – Startup Hub Poland şirkətinin baş-direktoru Paulina Brym-Ciuba vurğulayıb. “Demo Day hər biri 20 müxtəlif startap iştirakçısına həsr olunmuş 8 regional bölmənin nəticəsidir. Belə güclü ekosistemdən 10-nu qısa siyahıya salmaq asan məsələ deyildi” – Brym-Ciuba əlavə edib.

Proqramın beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilmiş 160-dan çox müraciət arasından seçilən 10 yüksək səviyyəli Azərbaycan startapı Bakıya gəlmiş Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan investorlar, VC fondları, akseleratorlar, biznes mələklər, bankirlər, mentorlar və ekspertlərdən ibarət auditoriyaya təqdim olunub. Proqramın finalçıları və bütün məruzəçilərin və tədbirin qonaqlarının siyahısı proqramın saytında yerləşdirilib.

Bakı tədbiri həmçinin speed dating ibarət idi - Azərbaycan startapları və icma liderləri və V4 mələkləri, VC-lər və əsas korporativ oyunçular arasında birbaşa B2B danışıqları.

Tədbirin ayrıca hissəsi panellər və əsas çıxışlar olub, bu müddət ərzində V4 qonaqları öz Azərbaycan tərəfdaşları ilə startapların inkişafındakı təcrübələrini, investorların gözləntilərini, mövcud dəstək alətlərini müzakirə ediblər.

Tədbirin sonunda layihənin beynəlxalq münsiflər heyəti bütün proqramın qalibini seçdi (Demo Day səhnəsində yarışan 10 ən yaxşı Azərbaycan startapı arasından, lakin ümumilikdə - bütün proqram üzrə yoxlanılan 160-dan çox startap arasından). Qalib startap Mur Mur Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən maliyyələşdirilən xüsusi mükafat - 2023-cü ilin noyabrında Varşavada keçiriləcək nüfuzlu Deep Tech CEE Challenge tədbirinə səyahət əldə etdi.

V4ATB proqramı haqqında:

V4-Azerbaijan Tech Bridge (V4ATB) proqramı 2022-ci ildə Vışeqrad Qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) ilə Azərbaycan arasında innovasiya mərkəzləri, özəl investorlar kimi startap ekosistem oyunçularını birləşdirərək innovasiyalar sahəsində əməkdaşlığın qurulması və genişləndirilməsi üçün istifadəyə verilib, Azərbaycan startap və innovatorlarının potensialı ilə Aİ-dan vençur kapitalı fondları və innovasiya axtaran korporasiyalar üçün. Proqram bir tərəfdən Vışeqrad Qrupundan olan tərəfdaşlar (investorlar, akseleratorlar, mələklər, mentorlar və s.), digər tərəfdən isə Azərbaycandan olan startaplar və innovatorlar arasında yeni şəbəkə platforması yaratdı. Layihə bir sıra görüşlər, təlimlər, mükəmməllik proqramı, demodeylər, şəbəkələşmə, post-akselerasiya və nəhayət - 2 iyun 2023-cü ildə Bakıda keçirilən Böyük Finaldan ibarət idi.

Layihə Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşəbbüsü ilə həyata keçirilib və Beynəlxalq Vışeqrad (V4) Fondundan maliyyə alıb. Təşəbbüs Vışeqrad Qrupunun 4 Tərəfdaşından ibarət Konsorsium tərəfindən həyata keçirilib: Startup Hub Poland Foundation (Polşa, layihə rəhbəri), Look AI Ventures (Çexiya), StartITup Győr (Macarıstan), CIVITTA (Slovakiya) ilə birgə Azərbaycanın IdealHub İnnovasiya və Texnologiya Mərkəzi. Proqram Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən istifadə edib, bir sıra icma tərəfdaşlarına malikdir (məsələn, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, Sosial İnnovasiyalar Laboratoriyası, Youth Inc., Gamepons) və bütün Vışeqrad ölkələrinin Bakıdakı Səfirlikləri tərəfindən dəstəklənib: Çexiya Səfirliyi, Macarıstan Səfirliyi, Polşa Səfirliyi və Slovakiya Səfirliyi.

Tədbir və bütün proqram haqqında ətraflı məlumat bu ünvanda https://startuphub.pl/V4ATB

Zdjęcia (22)

{"register":{"columns":[]}}